Azad Rəhimov olimpiyanın qurbanı ola bilər

05.05.2014 - 10:04
Oliqarxlar gənclər və idman nazirinin rəhbərlik etdiyi sahəyə yatırılacaq iri pullara göz dikib

Oliqarxlar gənclər və idman nazirinin rəhbərlik etdiyi sahəyə yatırılacaq iri pullara göz dikib
 

Gənclər və idman naziri Azad Rəhimov tutduğu vəzifədən azad edilə
bilər. Hakimiyyətdaxili mənbələrdən sızan məlumata görə, artıq Azad
Rəhimovun “vurulması” iqtidar dəhlizlərində müzakirə mövzusudur.
Məlumatda deyilir ki, Azad Rəhimovun yola salınmasının əsas
səbəblərindən biri adının “nurçu qalmaqalı”nda hallanmasıdır.

Doğrudur, Azad Rəhimov nurçu olması barədə iddiaları təkzib edib.
Hətta nurçuluğun nə olduğunu bilmədiyini söyləyib. Amma oxşar bəyanatı
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı
şöbəsinin keçmiş müdiri Elnur Aslanovla, dini qurumlarla iş üzrə dövlət
komitəsinin sədri Elşad Isgəndərov vermişdi. Onlar da nurçu
olmadıqlarını, deyilənlərin birmənalı şəkildə iftira olduğunu
bildirmişdilər. Buna baxmayaraq hər ikisi vəzifələrindən azad edildi.
Digər tərəfdən Azad Rəhimov hazırda hakimiyyətdəki oliqarxların da
hədəfindədir. 2015-ci ildə Azərbaycan Avropa Yay Olimpiya oyunlarına ev
sahibliyi edəcək. Bu isə Azad Rəhimovun nəzarət elədiyi sahəyə
milyonlarla manat vəsait investisiya qoyulacağı deməkdir. Oliqraxların
məqsədi həmin pullara nəzarət etməkdir. Bu məqsədlə də Azad Rəhimovun
“vurulması” üçün səylər göstərirlər. 

Hesablama Palatasının Gənclər və Idman Nazirliyində apardığı
yoxlamaların ictimailəşməsi də bu kampaniyanın tərkib hissəsi hesab
edilir. Məlumatda deyilir ki, Azad Rəhimov bunu bildiyindən məsələyə
sərt reaksiya vermişdi. O da vurğulanır ki, gənclər və idman naziri
barədə mətbuatda başqa kompramat tipli materialların yayımlanacağı
gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930