TQDK imtahan nəticələrini açıqladı
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə – müsahibədə iştirak edəcəklər
ARDNŞ-in ali
təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün
verilməsi üzrə keçirilmiş müsabiqənin nəticələrini açıqlandı.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü il mayın 4-də keçirilmiş ali
təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına
namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib.
İmtahanın nəticələri elə həmin gün – mayın 4-də saat 16:00-dən etribarən TQDK-nın internet saytında yerləşdirilib.(http://eservices.tqdk.gov.az/imtnetice/SOCAR_542014.html)
İmtahanda
iştirak etmək üçün qeydiyyatdan keçmiş 1972 nəfər namizəddən 336 nəfəri
imtahana gəlməyib. 1636 nəfər imtahanda iştirak edib. Ən yüksək nəticə
40 bal olub.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə – müsahibədə iştirak edəcəklər.
Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=6896