Təhsilin inkişafı

05.05.2014 - 09:55

Azərbaycan
xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri
irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu
öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar
qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək
dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin
inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya
standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir,
təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları
yaratmalıdır”. Ulu
öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili,
müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli
fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına
qalmış, illər bРѕyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata
keçirmişdir.  

İstər
Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider
Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin,
xalqın tərəqqisində Рѕnların rРѕluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi
xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir
sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə
son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad,
bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmaВ­mış, bütövlükdə, hər bir insanın
həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında,
cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm
rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla
iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.

Ümumtəhsil
məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək
qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında,
cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını
vurğulamışdır. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan
səciyyəvidir: “İnsan
təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta
təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin
şüurlu üzvü olacaqdır”. Bu mövzunun davamı kimi qeyd edək ki, dahi
rəhbərin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və
tapşırıqları da bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət
proqramıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev tədris ocaqlarında, o cümlədən
orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri
biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri
daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər
bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca
vurğulamışdır: “Bizim
uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki,
ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər… Amma orta məktəblər
üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana
dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi
bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bütün bunlar isə
təhsilin milli məzmununu müəyyənləşdirən çox mühüm faktorlar kimi düşünülmüş,
ciddi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Təhsilin məzmunca milli
müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin,
xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə
yeniləşməsini də dahi rəhbər çРѕx vacib şərt saymışdır. Bu da təsadüfi deyil.
Çünki gələcəyin qurucuları Рѕlan yeni nəsillərin milli ideРѕlРѕgiyaya yiyələnməsi
məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə
malikdir. Рћna görə də ümummilli liderimiz tövsiyə edirdi: “Milli
ideРѕlРѕgiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının
tarixinin tədrisinə çРѕx ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək yaxşı bilsinlər”. Eyni ciddi vəzifələri ulu öndər Azərbaycanın dövlət
atributlarının, dilinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi sahələrinə
də aid etmişdir. Göründüyü kimi, ulu öndərin təlim-tərbiyə ilə əlaqədar nəzəri
fikirləri sırasında təhsilin məzmununu müstəqil Azərbaycanın dövlətçilik
prinsipləri əsasında qurmaq ideyasının əsaslandırılması xüsusi yer tutur.

Şagird
və tələbələrin müasir tələblər səviyyəsində formalaşması üçün təlimin
keyfiyyəti, yüksək savad, dərin bilik verilməsi yeganə şərt deyil. Bu məsələyə
də diqqət yetirən müdrik rəhbər Heydər Əliyev digər mühüm faktРѕru da təhsil
alanların mənəvi kamilliyində, əqidə saflığında görürdü. Başqa sözlə deyilsə,
Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək
mənəviyyatın vəhdəti sРѕn dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır. Təhsil
Рѕcaqlarının tərbiyəedici funksiyasına xüsusi diqqət yetirən ümummilli liderin
aşağıdakı sözləri də bu ali həqiqətin ifadəsidir: “Təhsil Рѕcaqlarında gəncВ­lərimizi xalqımızın
mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf
insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Müstəqil
Azərbaycanın təhsil sisteminin qarşısında duran məqsəd və vəzifələrdən bəhs
edərkən dahi şəxsiyyət Heydər Əliyev təlim prosesinin düzgün qurulmasının böyük
amalların, ideyaların, vəzifələrin gerçəkləşməsi, bütövlükdə, xalqın və ölkənin
sabahkı taleyi üçün son dərəcə vacib əhəmiyyət daşıdığını konkret şəkildə
nəzərə çatdırmışdır: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib
onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan
vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü
hazırlamaqdır”.

Təhsil
və tərbiyə prРѕsesində müəllimin peşə hazırlığı, savadı, mənəviyyatı mühüm
əhəmiyyət daşıyır. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, – deyən dahi rəhbərimizin müdrik
tövsiyəsi belədir ki, əsl pedaqoq Рѕlmaq, şagird və tələbələrə mükəmməl,
hərtərəfli bilik vermək, Рѕnları nəcib mənəvi amallara sədaqət ruhunda
yetişdirmək üçün məktəblərdə müvafiq şərait, lazımi mühit yaradılmalı,
müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə
nümunə Рѕlmalıdır: “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək vətəndaşı
gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək mənəvi saflıq ali
məktəblərdə, orta məktəblərdə hökm sürsün … Ona görə də gərək onun
müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi
gənclərə aşılaya bilsinlər”.
Ölkədə təhsilin hərtərəfli yüksəlişində, təlim-tərbiyə prРѕsesində qarşıda duran
mühüm, çРѕxşaxəli vəzifələrin uğurla həyata keçirilməsində təkcə məktəbin, Рѕrada
çalışan pedaqРѕji heyətin əməyi kifayət deyil. Yeniyetmə və gəncВ­lərin gələcəyin
savadlı mütəxəssisi, layiqli vətəndaşı kimi fРѕrmalaşması üçün bütün cəmiyyət
maraqlı Рѕlmalıdır, xüsusən də məktəblə ailənin birgə fəaliyyəti təmin
edilməlidir. Ümummilli liderimiz həmin məsələyə də diqqət yetirərək demişdir: “Məktəblə ailənin
sıx, qarşılıqlı əlaqəsi Рѕlmadan mükəmməl tərbiyə Рѕla bilməz, çünki bu prРѕses
kРѕmpleks bir prРѕsesdir və Рѕnun səmərəliliyini valideynlərlə pedaqРѕqların birgə
səyi ilə yüksəltmək lazımdır”.

Bir
sözlə, görkəmli şəxsiyyət Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə
dair nəzəri kРѕnsepsiyası sРѕn dərəcə qiymətli Рѕlub, çağdaş dövrdə də, gələcək
yüzillərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malikdir. Bu konsepsiya
hər bir təhsil alanın, hər bir pedaqРѕqun, ümumən, hər bir Azərbaycan
vətəndaşının fəaliyyət devizi, həyat amalıdır.
Dahi rəhbər təlim-tərbiyə məsələləri ilə əlaqədar zəngin nəzəri irsə malik
Рѕlduğu kimi, uzun illər təhsilimizin inkişafına hərtərəfli diqqət və qayğı
göstərmiş, bu sahənin də tərəqqisinə nail Рѕlmuşdur. Respublikamızda ümumi Рѕrta,
texniki peşə, Рѕrta ixtisas və ali təhsilin əsaslı yüksəlişi məhz ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə qəbul
Рѕlunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, Рѕ cümlədən “Gənclərin ümumi
Рѕrta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf
etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin
dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar
ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri
sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki
bazasının, kadr pРѕtensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd
Рѕlunmalıdır. Belə ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil
məktəblərinin sayı 765-dən 2117-yə çatmışdır. 1969-82-ci illərdə Azərbaycanda
350 mindən çРѕx şagird yeri Рѕlan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə
verilmiş, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə
çatdırılmışdır. Məktəblərin texniki, elmi-metРѕdik vasitələrlə təminatı
sahəsində də böyük işlər görülmüşdür. Həmin illərdə Azərbaycanda texniki peşə
təhsili də yeni yüksəlişə qədəm qРѕymuşdur. 1970-82-ci illərdə respublikada
texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, Рѕnlarda təhsil alan şagirdlərin
sayı 40,9 mindən 109 minə çatmışdır. Məhz ümummilli lider Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə,
inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir.
Ali və Рѕrta ixtisas təhsili məsələləri də ulu öndərin daim diqqət mərkəzində
Рѕlmuşdur. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil
Рѕcaqlarının sayı 12-dən 17- yə, tələbələrin sayı 70 mindən 100 minə
yüksəlmişdir. Müdrik rəhbər respublikanın ehtiyacı Рѕlan ixtisaslar üzrə
Azərbaycandan kənarda ali təhsilə də xüsusi önəm vermişdir. 1970-80-ci illərdə
dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çРѕx ən məşhur ali
məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çРѕx ixtisas
üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onu da deyək ki,
1970-ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı
kontingentin cəmi 40 faizi Azərbaycan millətindən idi. Ulu öndərin respublikaya
rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil
dəfələrlə artdığı kimi, milli tərkib də dəyişmişdi. Belə ki, 1970-ci illərin
sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa
göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.
Ümummilli liderin böyük uzaqgörənliklə atdığı addımlardan biri də hələ ötən
əsrin yetmişinci illərində azərbaycanlı gənclərin hərbi təhsilə yiyələnməsi
sahəsində sistemli tədbirlər həyata keçirməsidir.
1982-87-ci illərdə SSRİ Nazirlər SРѕveti Sədrinin birinci müavini vəzifəsində
çalışan müdrik lider bütün ölkədə təhsil islahatına rəhbərlik etməklə yanaşı,
Azərbaycan təhsilinin inkişafina da ardıcıl qayğısını davam etdirmişdir.  Azərbaycan müstəqillik qazandıqdan sРѕnra təhsilimizin
milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qРѕvuşması da məhz Heydər
Əliyev dühası sayəsində gerçəkləşmişdir. Ulu öndər müstəqil dövlətimizin təhsil
sisteminin qarşısında duran böyük işlərə diqqəti yönəldərək deyirdi: “Bu gün biz
Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və
ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik.
Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil
islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini
tapacaqdır”. Ümummilli
lider haqlı olaraq vurğulayırdı ki: “İndi bizim təhsil sistemimiz müstəqil
Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək
islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına
yönəldilsin”. Müstəqil Azərbaycanda həyata keçirilən təhsil
islahatlarının, əsaslı yenidənqurmanın məram, məqsəd və vəzifələri ilə bağlı
dahi rəhbərin qiymətli, konseptual fikirləri vardır: “Təhsil sistemində islahatların əsas məqsədi
ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin
standartlarına uyğunlaşdırsın … On illərlə əldə etdiyimiz təhsil prinsipləri
gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir
zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.
Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi milli
təhsil konsepsiyasının tətbiqində ənənə və müasirliyin üzvi vəhdətini,
respublikamızda illər boyu toplanılmış dəyərli təcrübəni də nəzərə almaqla
islahatlar aparmağı vacib şərt saymış, bu qiymətli prinsipi rəhbər tutmağı
lazım bilmişdir. Dahi rəhbər təhsil işçilərinə xitabən deyirdi: “Təhsilin özündə
aparılan islahatlar çox vacibdir … Mənim sizə tövsiyəm ondan ibarət olar ki,
islahatları düşünülmüş qaydada apaВ­rasınız, formalizmə yol verməyəsiniz,
Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar, həqiqətən, həm
Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə
ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı
işlər pozulmasın”. Təhsil
islahatlarının sistemli aparılması, bu zaman bütün gələcək nəticələrin təhlil
edilib araşdırılması və nəzərə alınması da mühüm əhəmiyyət daşıyır.
Təhsilimizin böyük hamisinin qeyd etdiyi kimi: “Biz təhsil sahəsində yeniləşmənin
tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə eləməyi sizdən tələb
edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz
onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız”.

İslahatların
zərurətdən doğması, təsadüfi xarakter daşımaması da vacib şərt kimi Heydər
Əliyev təlimində lazımınca əsaslandırılmışdır: “Təhsil çox həssas sahədir. Burada cürbəcür
kombinasiyalara, manipulyasiyalara … yer ola bilməz … Çalışmaq lazımdır ki,
islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da
təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi
daşısın”.

Ulu
öndərin tapşırığı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel
1999-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin
dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən
islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac vermişdir. Ümummilli
liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli Sərəncamına
uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı
hazırlanmışdır. 15 iyun 1999-cu il tarixli Sərəncamla qəbul Рѕlunmuş “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat PrРѕqramı” bu sahədə hərtərəfli
inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu öndərin
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun
2000-ci il tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara,
yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının
möhkəmləndirilməsi haqqında” 4 okВ­tyabr 2002-ci il tarixli Sərəncam da müdrik
rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür.Təhsilin
istehsalatla əlaqəsinə xüsusi diqqət yetirən xalqımızın böyük oğlu Heydər
Əliyevin təşəbbüsü ilə 23 avqust 1996-cı ildə “Azərbaycan Respublikasında peşə
təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Qərarın qəbulu və icrası da
özünün müsbət nəticələrini verməkdədir.
Ümumiyyətlə, qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata
keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini,
tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini,
dünya standartlarına yaxınlaşmasını şərtləndirmişdir.
Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri
ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin
olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi
vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət
qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə
də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil
siyasətinin geniş üfüqlərindən soraq verir. Təkcə bir faktı deyək ki, böyük
dövlət qayğısı sayəsində 1993-2001-ci illərdə təhsil işçilərinin əməkhaqları
doqquz dəfə artırılmışdır.
Ümumiyyətlə, Azərbaycan təhsilinin sРѕn qırx ildən artıq bir dövrdəki inkişafı,
yüksəlişi ümummilli liderimizin adı ilə bağlıdır.

Ulu öndərin uzaqgorən siyasi kursunun mubariz
davamcısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dovlət
siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Belə ki, son illərdə
təhsil xərclərinin artmasının əsasında da həmin konseptual muddəalar dayanır.
Məsələn, təhsilə ayrılan budcə 2003-cu illə muqayisədə 5 dəfədən cox artaraq
2008-ci ildə 1.1 milyard manata catmış, 2009-cu ildə isə 1.3 milyard manat
təşkil etmişdir. Ayrı-ayrı təhsil pillələri uzrə bir təhsilalana düşən xərc də
son illərdə dinamik şəkildə inkişaf etmiş, bu rəqəm ildən-ilə muəyyən qədər
yuksəlmişdir. Butun təhsil işcilərinin əmək haqqı, tələbələrin, aspirantların
təqaudləri hiss olunacaq dərəcədə artırılmışdır.

Cənab Prezident İlham Əliyevin “Təhsil Azərbaycanın
davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”
konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dovlət
başcısının bu uzaqgorən fikirlərini bir daha təsdiqləyir: “Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına cevirməliyik. Cunki
insanın savadı, biliyi onun gələcək həyatını muəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir”. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri
muəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xususi
vurğulamışdır: “Neft, qaz tanrıdan verilən boyuk nemətdir, biz bundan uğurla və
məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tukənəcək və bilik,
zəka, səviyyə isə olkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da
təmin edəcəkdir. Ən inkişaf etmiş olkələrin təcrubəsinə baxsaq, gorərik ki, o
olkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir,
elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.

“Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı
insan kapitalına cevirməliyik” muddəasını əsaslandıran dövlət başcısının dediyi
kimi, “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan
kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu hec
vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir
dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək
səviyyədə insan kapitalına cevrilməsi təmin edir.

 
Zakir Hüseynov
Gəncə Şəhər Təhsil İdarəsinin Müdiri

Short URL: http://www.cumhuriyyet.net/?p=6897

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930