Rektorlar arasında vəzifə rekordu kimə məxsusdur

05.05.2014 - 12:56

Ən yaşlı və ən cavan universitet rektorları kimdir?; Hansı rektorun bu vəzifə üzrə təcrübəsi daha çoxdur?

Ən yaşlı və ən cavan universitet rektorları kimdir?; Hansı rektorun bu vəzifə üzrə təcrübəsi daha çoxdur?

 

 

Azərbaycandakı dövlət universitetlərində çalışan rektorların bir çoxunun 10 ildən artıqdır rektorluq təcrübəsi var.

Beləliklə, ən yaşlı və ən cavan universitet rektorları kimdir? Hansı rektorun bu vəzifə üzrə təcrübəsi daha çoxdur?

Hazırda ən az rektorluq təcrübəsi olan şəxs bir neçə gün öncə – mayın 2-də Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə gətirilən 53 yaşlı Fərəh Əliyevadır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev 1987-ci ildən bu vəzifəni icra edir. 27 ildir ki, rektordur. 77 yaşlı rektor həm də Milli Məclisin deputatıdır. 

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli 1991-ci ildən bu vəzifədə çalışır. 67 yaşlı Fərhad müəllim 23 ildir bu vəzifə kürsüsündə əyləşir.

Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 22 ildir ki, bu ali təhsil ocağın rəhbəridir. Həm deputat, həm də rektor olan Əhliman Əmiraslanov 67 yaşındadır.

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev 1997-ci bu elm ocağına rəhbərlik edir. 17 ildir rektorluq edən Siyavuş Qarayev 72 yaşındadır.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 64
illik ömrünün 15 ilini rektorluq vəzifəsinə sərf edib. 1999-cu ildən
Bakı Dövlət Universitetinin rektorudur. O, rektor olmaqla yanası, həm də
deputatdır.

Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov 2000-ci ildən rektor vəzifəsinə təyin olunub. Həm deputat, həm də 14 ildir rektor olan Səməd Seyidovun 50 yaşı var.

Bakı Slavyan Universitetinin rektoru da yeni simadır. Bu il martın 17-də sözügedən vəzifədə Kamal Abdullanı əvəzləyən Asif Hacıyev cəmi 1 aylıq rector təcrübəsinə malikdir.

Onun 54 yaşı var.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 2000-ci ildən rektor vəzifəsini tutur. 61 yaşlı rektor 14 ildir ki, bu vəzifədədir. O həm də millət vəkilidir.  

Sumqayıt Dövlət Universitetinin rektoru da yeni
təyin olub. 2000-ci ildən rektor postunu tutan Nadir Qəhrəmanov bir
müddət öncə vəzifədən azad edildi. Bu il martın 6-da prezidentin
sərəncamı ilə 66 yaşı Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor gətirildi.

Azərbaycan Dövlət İqtisad Universitetində də rektor
bu il dəyişdi. 10 il rektor kürsüsündə əyləşən 64 yaşlıdeputat
 Şəmsəddin Hacıyev martın 5-də bu postla vidalaşmalı oldu. İqtisad
Universitetinin yeni rektoru Ədalət Muradovun 52 yaşı var.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı 2005-ci ildən rektor vəzifəsindədir. 9 ildir bu vəzifədə çalışan 64 yaşlı A.Naxçıvanlı həm də Milli Məclisin deputatıdır.  

Azərbaycan Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 2006-cı ildən (8 il) rektor vəzifəsində çalışır. Onun 64 yaşı var.

Prezident Yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov 2011-ci ildən rektor postuna təyin olunub. Rektorun 71 yaşı var. 

Xatırladaq ki, rektorlar ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təyin olunurlar.

modern.az

Short URL: http://www.cumhuriyyet.net/?p=6900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930