Rektor YAP-ın təşkilatında “çevriliş” hazırlayır

05.05.2014 - 13:13

Az öncə Dövlət İqtisad Universitetində tələbələrlə iş üzrə prorektor təyin edilən Səadət Qəndilova yeni vəzifəsində YAP universitet təşkilatının sədri Zəfər Bayramovu əvəzləyib. Bu barədə mia.az-a daxil olan məlumata görə, yeni rektor Ədalət Muradov Zəfər Bayramovun icra etdiyi İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsini ləğv edib: “Yeni rektor “İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor” vəzifəsinin səlahiyyətlərindən “ictimaiyyətlə” sözü çıxardı. Daha sonra isə Hazırlıq fakültəsinin dekanı, iqtisad elmləri namizədi və “Menecment” kafedrasının dosenti Səadət Qəndilovanı tələbələrlə iş üzrə prorektor təyin etdi. Onun təyinatında maraqlı gedişlərlə yanaşı, keçmiş rektor Şəmsəddin Hacıyevin bir neçə “söyüşlü-davalı qrup toplantı”larında yadda iştirakı haqda da informasiyalar var…”.
Məlumata görə, Zəfər Bayramov keçmiş rektor Şəmsəddin Hacıyevin ən etibarlı adamlarından olub: “Şəmsəddin Hacıyev tarix elmləri namizədi Zəfər Bayramovu həm İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor, həm də YAP-ın universitetdəki özək təşkilatına sədr gətirdi. Zəfər Bayramov, həm də keçmiş rektorun rəhbərlik etdiyi Beynəlxalq münasibətlər kafedrasının dosenti olmaqla, onun ən sadiq tərəfdarlarından olub. Görünür, bu amil də onun hazırkı karyerasına təsir edib”.
Bildirilir ki, Ə.Muradov yaxın günlərdə Z.Bayramovun YAP-ın universitetdəki təşkilatının sədri postundan da uzaqlaşdıracaq: “Artıq yeni rektorun hakim partiya təşkilatına namizədi də müəyyənləşdirilib…”. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, yeni prorektor S.Qəndilova Prezident yanında İdarəçilik Akademiyasının sabiq rektoru, mərhum Seyfəddin Qəndilovun bacısıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=6902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930