Professor Abel Məhərrəmovu məhkəməyə verdi

05.05.2014 - 13:19

Bakı Dövlət Universitetinin (BDU) “Riyazi analiz”
kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayev çalışdığı
təhsil müəssisəsini məhkəməyə verib. Buna səbəb onun “Riyazi analiz”
kafedrasının müdiri vəzifəsindən azad edilməsidir.

İddiaya BDU-nun
inzibati binasının yerləşdiyi Yasamal rayon Məhkəməsində baxılıb və
sabiq müdirin iddiası təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi və
Azərbaycan Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb.

S.Abdullayev “Riyazi analiz” kafedrasının müdiri vəzifəsini 2006-cı ildən tuturmuş. Hazırda isə həmin kafedrada çalışır.
Qeyd edək ki, S.Abdullayevdən sonra “Riyazi analiz” kafedrasının müdiri vəzifəsinə dosent Fuad Abdullayev təyin edilib.
BDU-nu
məhkəməyə verən S.Abdullayev 1943-cü il avqustun 23-də Ağdaş şəhərində
anadan olub. 1960-1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat
fakültəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı
xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr
2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilib.
1967-cı ildən BDU-da çalışır. Ailəlidir.

qafqazinfo.az

Short URL: http://www.cumhuriyyet.net/?p=6903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031