Elmar Vəliyevlə müğənnilərin sövdələşməsi haqda yeni iddia
Türkiyənin iki məşhur müğənnisi dəvət edilməsi xəbərindən sonra
sözügedən şəhərin icra başçısı Elmar Vəliyev haqda haqda çox ilginc
iddiaya ortaya çıxıb.
Gəncənin icra başçısı bu tədbirləri təşkil etmək üçün nə az, nə çox 2
milyon manata yaxın pul xərcləməli oldacaq: “Aldığımız informasiyalara
əsasən, E.Vəliyev bu pulu rayonda pulu məmurlar və iş adamları arasında
siyahı şəkilində bölüşdürüb. Tədbirin Ümumilli liderin doğum günündə,
məhz “Gül bayramı” günü deyil, 3 gün öncə keçirilməsi də maraq doğurur.
Aldığımız informasiyalara əsasən buna səbəb mayın 10-da AzTV-da canlı
yayımlanmanın mümkün olmaması göstərilir. Gəncxə İcra Hakimiyyətindəki
mənbəmiz bildirir ki, hətta AzTV-də canldı yayım almaq üçün birbaşa
olaraq Arif Alışanovla danışıqlar aparılıb. Ehtimal olunur ki, Elmar
Vəliyev, hətta bu efir zamanını almaq üçün şirinlik də verib”.
həmçinin bildirilir ki, Hadisənin Gəncəyə gətirilməsi üçün Bakıda
yerləşən məşhur Prodakşnlardan birinin vasitəçiliyindən istifadə edilib.
Hadisə ilə aparılan danışıqlardan sonra məlum olub ki, Türkiyəli
sənətçi Gəncəyə 1.5 milyon manat qonararın müqabilində gəlməyə razılıq
verib.
Mustafa Ceceliyə isə yarım milyon manat qonarar verilməsi məsəldəsi razılaşdırılıb.
Qeyd
edək ki, adətən dövlət səviyyəsində təşhkil edilən belə tədbirlər üçün
büdcədən vəsaitlərin ayrılması nəzərdə tutulur. Lakin Gəncə Şəhər İcra
Hakimiyyətinin Mədəniyyət və Turizm İdarəsinin hesabında Hadisə və
Mustafa Cecelini Bakıya gətirmək üçün 2 milyon manat vəsaitin
ayrıldığına dair heç bir rəsmi informasiya yoxdur. Azərbaycanda icra
başçılarının nə qədər əmək haqqı aldığı da hər kəsə bəllidir. 800 manata
yaxın bir məbləğlə Türkiyənin dünya şöşrətli müəğənnilərini dəvət edib,
heç onların yol xərclərini belə qarşılamaq mümkün deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=6904