“Azərpoçt”un rəhbərinə ilginc ittiham

iddia ortaya çıxıb. Sözügedən şəxs alimlik dərəcəsini 25 min manata alıb.
Məlumatı
verən şəxs bildirir ki, “Azərpoçt” MMC-nin baş direktoru həmçinin bir
sıra ciddi maliyyə maxinasiyalarında da yaxından iştirak edir. Həmin
məlumatlarda deyilir ki, hələ keçmiş rabitə naziri Nadir Əhmədovla
şərikli şəkildə hərəkət edən sözügedən şəxs qısa müddətdə milyonçular
sırasına daxil olub. Belə ki, “Aztelekom” İstehsalat Birliyində rəhbər
olan zaman qara bazardan aldığı kabelləri baha qiymətə nazirliyə satan
bu şəxs milyonlarla manatın silinməsində bilavasitə iştirak edib.
Mənbə
bildirir ki, bu cür əməliyyatları intensiv həyata keçirən Qəmbər
Bəybalayev keçmiş nazir tərəfindən “Azərpoçt”a baş direktor təyin
edilib.
“Azərpoçt”un
rəhbəri olduğu müddətdə isə əldə etdiyi qazancın əsas mənbəyi
rayonlarda və kəndlərdə yeni poçt şöbələrinin inşası və təmir
etdirilməsidir. Hal hazırda
kəndlərdə inşa edilən “göbələyə” bənzər poçt şöbələri üçün büdcədən
vəsait ayrılsa da, proses həmin şöbələrin müdirləri tərəfindən həyata
keçirilir. Belə ki, Qəmbər Bəybalayev ayrılan pulları həmin şöbələrin
hesabına köçürsə də, onun böyük qismini sonradan özünə götürür. Və bu
razılaşdırılmış şəkildə həyata keçirilir.
İşin
ən qəribə tərəflərindən biri də odur ki, bu zaman hər hansı bir
sənədləşdirmə, təhvil-təslim, alqı-satqı və maliyyə əməliyyatları da
həyata keçirilmir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6905