Rusiya Ukrayna hakimiyyətini devirmək istəyir
“Rusiya mayın 9-da bizi devirməyə cəhd edəcək”
Onun fikrincə, Rusiya Ukraynaya qarşı müharibə aparır və məqsədi
Kiyev hökumətini devirməkdir: “Onların məqsədi bizi devirmədir. Bütün
bölgələrdə təxribatçılar və pravokatorlar ola bilər. Bizə qarşı müharibə
gedir”.
Turçinovun sözlərinə görə, Şərqi Ukraynada Rusiya ssenarisi uğur
qazansa da, Odessada yerli sakinlərin müqaviməti bunu reallşadırmağa
imkan verməyib. Rusiya Ukraynanın Şərqində və Cənubunda müharibə aparır.
Onlar vəziyyətin tamamilə nəzarətdən çıxmasına çalışırlar. Lakin
Odessada bu plan baş tutmadı”.
Sonda Turçinov ölkənin şərqindəki gərginliyə görə keçmiş prezident
ViktorYanukoviçin ailəsi və yaxın ətrafını günahlandırıb: “Bu sübut
tələb etmir. Qərb də çoxdan bunu anlayıb. Rusiya xüsusi xidmət orqnaları
keçmiş Ukrayna hakimiyyətini həm maliyyə, həm də təşkilati baxımdan
yönləndirir”.
Turçinov anti-terror əməliyyatlarının sona qədər davam etdiriləcəyini də vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6908