Olandın Bakı səfəri Rusiyada “təxribat” kimi qarşılana bilər
dərinləşdiyi bir vaxtda Fransa prezidenti Fransua Olandın Cənubi Qafqaz
regionuna səfəri Rusiya tərəfindən “təxribat” kimi qarşılana bilər.
Bu barədə Fransanın lejdd.fr portalının beynəlxalq şərhçisi Fransua Klemensonun təhlilində bildirilir.
Fransua Olandın Cənubi Qafqaz
regionuna səfəri mayın 11-dən 13-nə qədər davam edəcək. Fransa
prezidenti səfərinin sonuncu günündə Bakıda olacaq.
Fransua Klemenso bu səfəri “minalanmış
ərazidə gəzinti” adlandırır və bildirir ki, Ukrayna ətrafında böhran
dərinləşdikcə Cənubi Qafqaz regionunun Avropa üçün əhəmiyyəi daha da
artır. Gürcüstan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı
çərçivəsində Assosiasiya sazişi imzalamağa hazırlaşır. Rusiya isə çox
güman ki, bu sazişin imzalanmasına imkan vermək niyyətində deyil.
Fransalı təhlilçi 2008-ci ilin avqust
müharibəsi zamanı da Fransanın işə qarışdığını, prezident Nikolya
Sarkozinin Rusiya ilə Gürcüstan arasında atəşkəsin imzalanmasına nail
olduğunu xatırladır.
F.Klemenso Azərbaycanın Avropa
İttifaqı üçün artan əhəmiyyətindən bəhs edərək qeyd edir ki, Avropa
Rusiya qazından asılılığı azaltmaq üçün Azərbaycan qazına ümid edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6909