HAKİMİYYƏTİN “YUNUS GEDİŞİ”NİN NİDA-ÇILARLA ŞOK ƏLAQƏSİ
Yaxud, ABŞ səfirinin Leyla Yunusla səfirlikdəki görüşünün gizlinləri….
Bilindiyi kimi, artıq NİDAçı gənclərin məhkəmə prosesi özünün
məntiqi sonluğuna yaxınlaşır. Məhkəmə prosesində görüıdü ki, əslində
NİDAçı gənclərin həbsə atılması üçün hanssa səbəb yoxdur və hakimiyyətin
uzun axtarışlarından sonra belə nəsə tapmaq mümkün olmayıb. Bununla
belə gənclərə ağır həbs cəzalarının veriləcəyi gözlənilir. Onlara qarşı
hökmün bu həftə içində veriləcəyi gözlənilir.
Bununla bağlı SAVASH.ORG-u məlumatlandıran mənbənin sözlərinə
görə, NİDAçılarla bağlı Azərbaycan hakimiyyətinə ciddi təpkilər
gəlməkdədir. Buna baxmayaraq, rejim gəncləri cəzalandırmaq qərarında
israrlıdır. Beynəlxaq birliklə hər zaman siyasi alverə getməklə
istəklərini reallaşdıran hakimiyyət bu dəfə də eyni ssenarini işə salıb.
Mənbəmizin sözlərinə görə, əslində hüquq müdafiəçisi Leyla Yunusun
ətrafında qaldırılan səs-küy də həmin prosesin tərkib hissəsidir:
“Hakimiyyətin strateqləri Leyla Yunus olayını qəsdən ortaya
atıb. Çünkü yaxşı bilirlər ki, Leyla Yunusa qarşı hansısa təzyiq böyük
beynəlxalq reaksiyalara səbəb olacaq. Əslində bu gün biz həmin ssenarini
müşahidə edirik, razılaşın ki, Leyla Yunus olayından sonra beynəlxalq
birliyin NİDAçılarla bağlı təzyiqləri arxa plana keçib, indi onları
yalnız Leyla Yunus maraqlandırır. Elə hakimiyyətə də bu lazım idi, çünki
onların hüquq müdafiəçisini həbs etmək fikirləri əvvəldən olmayıb. İndi
hakimiyyət beynəlxalq birliklə siyasi alverə gedərək “Leyla Yunusa
dəymirik, NİDAçılarla bağlı üstümüzə gəlməyin” oyununu qurubar”.
Mənbəmiz iddia edir ki, iki gün öncə bununla bağlı Azərbaycan
rəsmilərindən biri ABŞ səfiri ilə görüşüb və məsələlər elə həmin
görüşdəcə razılaşdırılıb. Bu gün ABŞ səfirinin Leyla Yunusu səfirlikdə
qəbul etməsi də məhz həmin razılaşmanın davamı kimi nəzərdən
keçirilməlidir: “Bundan sonra Leyla Yunusun hakimiyyətə qarşı aqressiv
reaksiyaları qismən zəifləyəcək. Hakimiyyət isə bir müddətdən sonra
Leyla Yunusla bağlı cinayət işinin üstündən xətt çəkəcək. NİDAçılara isə
ağır cəzaların veriləcəyi gözlənilir”.
Xatırladaq ki, “NİDA”çı gənclər 1 ildən artıqdır ki,
həbsdədirlər. Prokuror onlara üst-üstə 64 il iş istəyib. Onlar kütləvi
iğtişaş təşkil etmə, qanunsuz yollarla silah, partlayıcı maddə və
qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunurlar.
SAVASH.ORG
Short URL: http://www.cumhuriyyet.net/?p=6911