General mərkəzin əmlakının üzərinə həbs qoydurmaq istəyir
Dövlət
Miqrasiya Xidmətinin rəhbərliyi Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən
Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin əmlakının üzərinə həbs qoydurmağa çalışır.
General Firudin Nəbiyevin rəhbərlik etdiyi xidmət artıq belə bir iddia ilə məhkəmədə
iddia qaldırıb.
Bu barədə
Mia.az-a daxil olan məlumata görə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları bir
müddət əvvəl Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində reyd keçirib. Reyd zamanı mərkəzdə Azərbaycanın mövcud pasport rejiminə və əmək qanunvericiliyinə əməl etməyən əcnəbi mütəxəssislər aşkarlanıb:
“Bundan sonra Dövlət Miqrasiya Xidməti həm Beynəlxalq
Tibb Mərkəzini, həm də mütəxəssisləri cərimə edib.Lakin bununla razılaşmayan mərkəz rəhbərliyi bu müddətdə cəriməni ödəməkdən imtina edib“.
Mia.az-ın məlumatına görə,Dövlət Miqrasiya Xidmətinin borcun mərkəzin əmlaklarına yönəldilməsi ilə bağlı məhkəmə iddiası da var.Artıq bu iddiaya da birinci instansiya məhkəməsində, daha dəqiqi, Nərimanov rayon Məhkəməsində baxılıb.
Əmlakın üzərinə həbs qoyulması ilə bağlı iş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə icraata qəbul edilib və araşdırılır:
“Hakim Mədinə Bağırova Dövlət Miqrasiya Xidmətinin Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinə qarşı əmlakların üzərinə həbs qoyulması tələbindən bəhs edən şikayəti üzrə mayın7-nə iclas saatı təyin edib“.
Short URL: http://www.cumhuriyyet.net/?p=6913