İlham Əliyev Ramiz Mehdiyevin oğluna general rütbəsi verdi
Prezident İlham Əliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun
müavinlərinin sayının artırılması ilə bağlı sərəncam verib. Bununla bağlı sərəncamda bildirilir ki, Fövqəladə
Hallar Nazirliyi haqqında Əsasnamə”də “dörd müavini” sözləri “altı
müavini” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev prezidentin
sərəncamı ilə Kəmaləddin Heydərovun müavini təyin olunub. Prezident həm
də Teymur Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi
haqqında sərəncam verib. Qeyd edək ki, T. Mehdiyev 1973-cü il
təvəllüdlüdür. O, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini
vəzifəsini tuturdu.
Prezidentin digər sərəncamı ilə millət
vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq
Əmiraslanov da fövqəladə hallar nazirinin müavini təyin edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=6918