İlahiyyatçı Taleh Bağırovun apellyasiya şikayəti təmin olunmayıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh
Bağırov barəsində olan hökmdən verilən apellyasiya şikayətinə
baxılıb. Məhkəmə apellyasiya şikayətini təmin
etməyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T.
Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov
saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026
qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1
bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs
olunublar.
Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran
qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin
qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun
həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha
sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar
atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh
Bağırova azadlıq!” sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35
radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs
qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki
çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik
qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=6921