Azərbaycanlı oliqarx niyə müflisləşdi?
keçirilən oyunda “Bakı” öz meydançasında “İnter”ə 0:4 hesaı ilə məğlub
oldu. Məhz həmin qarşılaşmadan sonra “Bakı”nın baş məşqçisi Miliko
Pantiç klubda ciddi problemlərin olduğunu açıqladı. Pantiç klub
ətrafında müəmmalı hadisələrin baş verdiyini bildirdi: “Heç özüm də
bilmirəm nə baş verir. Ancaq onu bilirəm ki ortada ciddi problemlər
var”.
Hələ Pantiçin bu açıqlamasına qədər “Bakı”da ciddi maliyyə böhranın
yaşandığı barədə mətbuatda məlumatlar yer alırdı. Ancaq bu məlumatlar
hər dəfə klub rəhbərliyi tərəfindən təkzib olunurdu. Əslində “Bakı”da
idarəetmə sistemi yoxdu. Klubdakı bütün vəzifə sahibləri “Bakı”nın
prezidenti Hafiz Məmmədovun tələbi ilə təxminən bir il əvvəl istefa
ərizəsi yazıblar. O vaxtdan bəri klubda yeni vəzifələrə təyinatlar
olmayıb. Köhnə işçilər köhhə vəzifələrini icra etməklə məşğuldurlar.
Sonuncu dəfə “Bakı”dan xəbər gəlmişdi ki, klubun idarəetmə sistemi ilə
bağlı qərar aprelin 1-də veriləcək. Həmin ərəfədə Hafiz Məmmədov
Fransada idi. Onun qayıdışından sonra yeni vəzifələrə təyinatların
gerçəkləşəcəyi gözlənilirdi. Hafiz Məmmədov Bakıya gəldi, bir-iki gün
qalıb yenidən Fransaya qayıtdı. Yeni təyinatlar isə reallaşmadı.
“Bakı”nın çöküşü isə davam edir. Klub
mövsümü demək olar ki, boşa verdi. Avrokuboklara vəsiqə şansı da böyük
ölçüdə əldən çıxıb. Artıq klubun futbolçuları da aylardır məvacib
almadıqlarını mətbuata açıq şəkildə bildirirlər.
Qeyd edək ki, “Bakı”da futbolçuların
məvaciblərinin uzun müddət verilməməsi adi hal alıb. Sonuncu dəfə yanvar
ayında 3-4 ay verilməyən məvaciblər ödənilmişdi. Ondan sonra klubun
inzibati işçilərindən tutmuş futbolçulara qədər hamı məvacib üzünə
həsrətdir.
“Məvacib niyə verilmir” sualına isə
“Hafiz Məmmədov qayıtsın, veriləcək” cavabı eşidilir. Məmmədov isə demək
olar ki, Fransada yaşayır. Bakıya 1-2 günlük gəlir. Publika.az
“Bakı”da, ümumiyyətlə, Hafiz Məmmədovun adının ətrafında gəzən
söz-söhbətlərələ bağlı ilginc məlumat əldə edib.
Kluba yaxın mənbənin saytımıza verdiyi
məlumata görə, təkcə “Bakı”da yox, Hafiz Məmmədovun bütün biznes
strukturlarında böhran yaşanır. Bunun da səbəbi Məmmədovun hazırda ciddi
maliyyə problemi ilə üzləşməsidir. Publika.Az-a bu barədə məlumat verən
mənbə H.Məmmədovun müflisləşməsinin səbəbləri ilə bağlı da danışıb.
Amma bu barədə hələlik yazmırıq. Qeyd edək ki, “Hafka” ləqəbli iş adamının biznesinin iflasa uğraması ilə bağlı mətbuatda son vaxtlar yetərincə məlumat yayılıb.
Təkcə bir fakta diqqət edək: Hafiz Məmmədov ötən ilin noyabrında
Fransanın “Canal+” kanalına müsahibə verəndə biznesinin nə dərəcədə
şəffaf olduğu barədə suala cavab verərkən “Baghlan Group”un nüfuzlu
beynəlxalq reytinq agentliyi “Fitch Ratings”lə uğurlu əməkdaşlığını
xatırlatmışdı. Lakin bu müsahibədən sonra çox keçmədi ki, “Fitch
Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı,
sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun
reytinqini müəyyənləşdirməyəcəyini bildirdi. Buna səbəb “Baghlan
Group”un yerli banklara olan kredit borclarını və kreditlər üzrə
faizlərini ödəyə bilməməsidir.
Bundan əvvəl “Fitch Ratings” bildirirdi ki, “Baghlan Group” Bakının
mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərin satışına
başlayıb, lakin bu aktivlərdən əldə edilən vəsait şirkətin maliyyə
vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq və vəsaitlər banklara olan
faiz borcunu ödəməyə ancaq bəs edəcək.
Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olması barədə
xəbərlər yayır. Xatırladaq ki, azərbaycanlı milyarder “Lans” klubunun
prezidenti Jerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış
olub. Bu barədə məlumatı Fransanın “Le Point” qəzeti yayıb. Məqalə
qəzetin 27 dekabr tarixli sayında dərc edilib, müəllifi Antuan
Grenarindir.
Qəzet yazır ki, H.Məmmədov “Lans” klubunu almaq barədə qərarını
2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan
və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra
istefa verən Jerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini
təşkil edən biznesmen tanış edib. “Le Point” yazır ki, Hafiz Məmmədov
həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin
sayəsində tanış olan Hafiz Məmmədovla Jerve Martel 2012-ci ilin yayında
Fransanın Kann şəhərindəki kazinoda görüşüblər.
Nəşrin yazdığına görə, bir il sonra Martellə Məmmədov yenidən bir
araya gəlib və şimallıların klubunun alınması məsələsi həll olunub.
Məmmədov “Lans”ın rəsmi sahibinə çevrilib və Jerve Martel klubun
prezidenti postuna geri qayıdıb. H.Məmmədov kluba 20 milyon avro
yatırmağa razılaşıb.
Hazırda “Bakı” klubunda vəziyyət o qədər ciddidir ki, aylardır
məvacib ala bilməyən futbolçular FİFA-ya şikayət etməyi
düşünürlər. Onlar klub rəsmilərinin “darıxmayın, Hafiz Məmmədov gələn
kimi məvaciblər veriləck” vədindən bezdiklərini bildirirlər. Məsələ ilə
bağlı Hafiz Məmmədovun da mövqeyini öyrənmək istədik. Ancaq onun
koordinatlarını müəyyənləşdirə bilmədik. Məmmədovun qardaşı Zeynal
Məmmədov isə zənglərimizə cavab vermədi. Bütün hallarda qarşı tərəfin
mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6922