Prezidentin arvadı həbs olundu – Dələduzluq və adam oğurluğu

05.05.2014 - 20:47
Azərbaycanlı iş adamı ilə eşq macarası yaşayan Mayra Nazarbayeva-Kurmanqaliyevaya qarşı bir neçə ittiham irəli sürülüb

Azərbaycanlı iş adamı ilə eşq macarası yaşayan Mayra Nazarbayeva-Kurmanqaliyevaya qarşı bir neçə ittiham irəli sürülüb
 

Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin qardaşı Bolat
Nazarbayevin arvadı Mayra Nazarbayeva-Kurmanqaliyeva Qazaxıstan
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bir müddə əvvəl Bolat Nazarbayevdən boşanmış Mayra
Kurnamkaliyevaya keçmiş ərinə məxsus bir neçə malikanəni dələduzluq yolu
ilə mənimsəməkdə ittiham olunur. M.Kurmaqaliyeva ərilə arasında problem
yaranandan ölkəni tərk edərək Amerika Birləşmiş Ştatlarında yaşayıb. O,
iki il əvvəl İnterpol tərəfindən Birləşmiş Ərəb Əmirliklərində
saxlanılsa da sonradan hansısa səbəbdəb sərbəst buraxılıb. Nazarbayevlər
ailəsinin sabiq gəlini hakim ailəyə məxsus böyük pullar və daş-qaşları
da mənimsəməkdə günahlandırılır. Məlumada həmçinin onun adam oğurluğunda
da şübhəli bilindiyi qeyd olunur.

Qeyd edək ki, M.Kurmanqaliyeva saxlanılana qədər azərbaycanlı iş
adamı Zaur Abdullayevlə birgə yaşayıb. Onların arasında eşq macarası
yaşandığı bildirilir.

Məlumata görə, prezidentin qardaşı Bolat Nazarbayev Nyu-York
məhkəməsinə müraciət edərək Mayraya qarşı bir neçə ittiham irəli sürüb.
O, iddia edir ki, keçmiş arvadı onun Nyu Yorkdakı Plaza otelində
yerləşən 20 milyon dollarlıq mənzilini saxtakarlıq yolu ilə mənimsəyib.
Bu işdə Mayranın əvvəlki nigahdan olan oğlu Daniyar da günahlandırır.
İddia ərizəsinə görə, Daniyar B.Nazarbayevin etibarından istifadə edərək
Plaza oteldəki mənzili anasının adına sənədləşdirib və sonradan guya
ondan satın alıb.

M.Kurmanqaliyevanın Qazaxıstana təhvil verilməsi və ya onun özünün
geri dönməsi barədə heç bir məlumat verilmir. Təkcə o məlumdur ki, bu
müddət ərzində Mayra İnterpolun axtarışnda olub. Qazaxıstanın hüquq
mühafizə orqanları onun hazırda harada saxlanıldığı barədə də məlumat
verimirlər. Yaxın günlərdə Mayranın məhkəmə qarşısına çıxarılacağı
gözlənilir.

B.Nazarbayevin Mayra Kurmanqaliyeva ilə nigahdan Xanbolat adlı bir
oğlu var. Qazaxıstan prezidentinin qardaşı 2002-ci ildə dünyaya gəlmiş
oğlunu da Mayradan almaq istəyir. Ehtimal olunur ki, Mayranın adam
oğurluğunda ittiham olunması da elə 12 yaşlı Xanbolat Nazarbayevlə
bağlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=6923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930