Bakı Sənaye-Pedaqoji Kollecinin milyonları “Kia motors”a necə gedib çıxır?
qanun pozuntuları barədə mətbuatda mütamadi məlumat yayılır . Bu
Kollecin direktorunun qanunsuz əməlləri barədə isə indi sizə məlumat
verəcəyik.
Sənaye-Pedaqoji Kollecində baş verən ciddi qanun pozuntularına dair
daxil olan bilgilər əsasında tənqidi material dərc olunub. Məlumatlarda
xüsusi olaraq vurğulanır ki, Vidadi Orucov rəhbərlik etdiyi təhsil
müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini şəxsi
maraqlarının təmin olunmasına sərf edir.
bunların kollecin rəhbərliyi tərəfindən dövlət vəsaitinin mənimsənilməsi
hallarına yol verildiyinə dəlalət etdiyini vurğulayan məlumatlı şəxsin
sözlərinə görə, hər vasitə ilə əlavə qazanc əldə etməyə çalışan Vidadi
Orucov bu məqsədlə hətta aşkar qanunsuzluqlara əl atmaqdan belə
çəkinmir:
alıb gedən qanunsuzluqlar fonunda Vidadi Orucovun uzun illərdir
yerindən tərpənməməsi bəzi maraqlı sualların ortaya çıxmasına səbəb
olur”.
direktoru Vidadi Orucovun həyətində 12 ədəd xarici avtomobilin olduğunu
deyən məlumatlı şəxsin iddiasına görə, bütün bunlar elə-belə yerə əldə
olunmayıb:
yoldaşı “Kia motors”un Azərbaycan nümayəndəliyinin rəhbəridir. Elə buna
görə də o, əldə etdiyi vəsaitlərin böyük bir hissəsini “Kia motors”a
yönəltməklə, bir növ kürəkəninə maddi dəstək göstərir. Məndə olan
bilgilərə görə, son zamanlar onun vəziyyəti bir qədər ağırlaşıb. Belə
ki, Təhsil Nazirliyinin nümayəndələri Vidadi Orucovun direktoru olduğu
Bakı Sənaye-Pedaqoji Kollecində yoxlamalara başlayıblar. Yoxlamaların
aparılmasında məqsəd kollecdəki neqativ halların üzə çıxarılmasıdır.
Nazirliyin səlahiyyətli nümayəndələri kollecdə təhsilin istənilən
səviyyədə olmaması, müəllimlərin və direktorun tələbələri incitməsi
barədə yayılan məlumatların doğru olub-olmamasını aşkarlamağa
çalışırlar. Qeyd edim ki, yoxlamaların ilkin nəticəsi o qədər ürəkaçan
deyil. Belə ki, orta ixtisas təhsili müəssisəsinin istifadə olunmamış
mal və avadanlıqların saxlandığı anbarda qanun pozuntuları aşkarlanıb.
Müəyyən edilib ki, həmin malların yarısı yoxdur. Nazirlik rəsmiləri
avadanlıqların hara yoxa çıxdığını yəqin ki, yaxın günlərdə
müəyyənləşdirəcəklər. Bu arada, Vidadi Orucov isə məsuliyyətdən
yayınmaq, özünə qarşı olan təhlükələri dəf etmək üçün hansısa prokurorun
adını tez-tez hallandırır”.
rəhbərlik etdiyi təhsil müəssisəsində tələbələrə qarşı bir sıra
“cərimə”lər tətbiq etdiyini vurğulayan mənbənin bildirdiyinə görə, bütün
bunlar əlavə qazanc əldə etmək məqsədilə həyata keçirilir:
direktoru əlavə gəlir əldə etməyin başqa bir yolunu tapıb. Məsələn,
əgər dərs vaxtı hansısa tələbə dəhlizdə gəzirsə və o, Vidadi Orucovun
gözünə dəyibsə, o zaman həmin şəxsə dərhal “müvafiq cərimə” tətbiq
olunur. Həmin “cərimə”lər isə birbaşa rəhbərliyin nəzarətində olur.
Bundan əlavə, onu da qeyd edim ki, hazırda Bakı Sənaye-Pedaqoji
Kollecində məsul vəzifələrdə çalışan şəxslərin çoxu Vidadi Orucovun
qohumlarıdır. Məsələn, kollecin tədris hissə müdiri Azər Mustafayev
direktorun qaynıdır. Bu həmin Azər Mustafayevdir ki, yoxlama gələn kimi
işlərin qaydasında getmədiyini görərək kollecdən uzaqlaşıb. Tədris hissə
müdiri ilə yanaşı, Vidadi Orucov da təşvişə düşüb. Direktor bütün şöbə
müdirlərinə tapşırıb ki, adı əyani tələbələrin sırasında olan, lakin
dərsə gəlməyən tələbələrə zəng vurub dərsə çağırsınlar. Direktorun digər
qohumu isə 1 saylı şöbənin müdiri Nofəl Nəbiyevdir. O, Vidadi Orucovun
qaynı oğludur. Deyilənə görə, təhsil müəssisəsinin rəhbərinin öz həyat
yoldaşının, həmçinin qaynının həyat yoldaşının da adı kollecdə işçi kimi
gedir”. Söz yox ki, Vidadi Orucovun qohumlarını yanında çalışdırması,
onlara münbit şərait yaratması müvafiq qanunlara ziddir. Məlumat üçün
bildirək ki, hələ sovet dövründə dövlət qurumlarında rəhbərlikdə çalışan
şəxslərin yaxın qohumlarının onun tabeçiliyində işləməsinə
məhdudiyyətlər vardı. Əslində indi də belədir. Odur ki, yüksək rütbəli
məmurun yaxın qohumunun onun tabeçiliyində işləməsi qanunsuzdur. Biz
bunu özümüzdən demirik. Qanunlar bunu diqtə edir. Məsələn, “Korrupsiyaya
qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsində göstərilib ki,
qanunvericilikdə nəzərdə tutulan hallardan başqa rəhbər vəzifəli
şəxslərin yaxın qohumları onların tabeliyində işləyə bilməzlər. Odur ki,
Bakı Sənaye-Pedaqoji Kollecinin direktorunun əməli sırf qanunsuzluqdur.
Çünki bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun müddəalarının
pozulmasına gətirib çıxarır. Yüksək vəzifəli şəxsin yaxın qohumunun onun
tabeçiliyində işləməsi həmin yaxın qohuma vəzifəsindən su-istifadə
etməsinə imkan yaradır. Bunlar da korrupsiya cinayətlərinin artmasına
gətirib çıxarır…
Short URL: http://www.cumhuriyyet.net/?p=6924