Putinin bu dərəcədə qorxaq olduğunu heç zənn etmirdim

06.05.2014 - 00:02

Mustafa Cəmiloğlu: “İlham bəylə görüşmək
istərdik”

Mustafa Cəmiloğlu: “İlham bəylə görüşmək
istərdik”

 

Krım
tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmiloğlu
AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:

– Mustafa bəy, son durum nə yerdədir?
Bildiyimiz qədər siz Mayın 3-də Krıma getmək istəmisiniz, amma yenə də bunun qarşısı
alınıb.

– Krımda vəziyyət çox gərgindir. Mənim Krıma
girməyim qadağan edildikdən sonra ora Moskvadan getmək istədim, amma orda da
buna imkan vermədilər. Sonra geri – Kiyevə dönüb ordan quru yolla Krım
sərhədinə gəldim, amma orda da əsgərlər, polislər və xüsusitəyinatlı qüvvələr
var idi. Məni qarşılamağa gələn Krım tatarları sərhədi keçdilər və az qaldı
qarşıdurma yaransın. Amma mən qarşıdurma olmasın deyə, geri döndüm. Rusiyanın
təhlükəsizlik xidməti məni qarşılamağa gələn insanları çağırıb sorğu-sual edir,
onları cəzalandırırlar. Krım Tatar Milli Məclisi bağlanmaq təhlükəsi ilə
üzləşib.

– Krım Milli
Məclisinin başqanı Refat Chubarov-u ekstremizmdə ittiham edirlər. İndi vəziyyət
nə yerdədir?

– Məni buraxmadıqdan sonra Krım tatarları
buna etiraz olaraq 7-8 yerdə küçə və yolları bağladılar. Buna görə ilk olaraq
Refat Chubarov-u ittiham edirlər. Krımın prokuroru xanım Polonskaya Krım Tatar
Milli Məclisini bağlamaqla hədələyib. Sərhədi keçənlər isə 20 rubldan
başlayaraq cərimə oluna və ya onlara qarşı digər tədbirlər görülə bilər.
Qarşıdan gələn 18 may – Krım tatarlarının sürgün edilməsinin ildönümü
ərəfəsində yəqin ki, gərginlik artacaq. Həmin günün neçə keçiriləcəyi tam bəlli
deyil. Ruslar bunu nəzarətə götürməyə cəhd göstərsələr, gərginlik arta bilər. Yox,
buna cəhd etməsələr belə, Krım tatarları öz bayraqları ilə yanaşı, Ukrayna
bayraqlarını da qaldırsalar, yenə də gərginlik olacaq. Yaxşı gözləntilər
yoxdur.

– Mustafa bəy,
Krım tatarları hazırda kimin – Ukrayna, yoxsa Rusiyanın tərkibində qalmaq
istəyirlər? Onların bir seçimi varmı?

– Onlar Rusiya vətəndaşlığını qəbul etmək
istəmirlər. Bəziləri bunu etməyə məcbur olacaq, amma onlar Rusiya pasportu
alsalar da, Ukrayna vətəndaşlığından imtina etmək fikrində deyillər. Başqa bir
tərəfdən, onlar rus pasportu almasa, bizneslə məşğul ola bilməyəcəklər, bu cür
çətinliklər yaranacaq.

– Siz hazırda
Ukraynadasınız. Sizin təhlükəsizliyiniz təmin olunurmu? Çünki Krıma getmək üçün
sizə təminat lazımdır, bu təminatı kim verə bilər?

– Buna təminat verilsə də, Krıma girməyə
icazə vermirlər, istər hava, istərsə də quru yollarını bağlayıblar. Putinin bu
dərəcədə qorxaq olduğunu heç zənn etmirdim.

– Siz Türkiyə
hökuməti ilə əlaqə saxlamısınız. Türkiyə hökuməti bu işdə sizə hər-hansı bir
yardım edə bilərmi?

– Bəli, çünki mayın 3-də orda qarşıdurma
olanda, əlaqə saxladılar və dedilər ki, siz ordan ayrılsanız da, biz vəziyyəti
yoluna qoymaq üçün diplomatik yolları götür-qoy edəcəyik.

-Buna Krım
tatarlarının növbəti bir faciə ilə üzləşməsi kimi baxmaq olarmı?

-Təbii, başqa bir məmləkətin sənin torpağını
işğal etməsi faciədir.

-Bəs çıxış yolu
nədir?

-Ruslar Krımı tərk etməlidir. İndi sovetləri
xatırladan bir rejim gəlib və keçmişdə olduğu kimi mübarizəmizi davam
etdirəcəyik. Amma bu mübarizəni qarşıdurma yox, demokratik yolla aparmaq
istəyirik.

-Bəs Ukrayna
hökumətindən nə gözləyirsiniz?

– Normal, demokratik hökumətimiz var və
mayın 25-də prezident seçkilərini uğurla keçirsək, daha yaxşı olacaq. Amma
Rusiya bu seçkinin baş tutmaması üçün əlindən gələni edəcək.

– Bu seçkidə hansı
namizədi dəstəkləyirsiniz?

– Qurultay bu barədə konkret qərar verməyib.
Bəlkə də birinci mərhələdə konkret heç bir namizədi dəstəkləməyəcəyik.
İkincisi, Krım tatarları seçkidə iştirak etməyəcək, çünki işğal edilmiş
torpaqda seçki olmaz. Amma istəyi olan insanlar Krımdan çıxıb Xerson bölgəsində
səs verə bilərlər. Amma nə qədər adam çıxa bilsə belə bu, təbii  ki, çox az olacaq və buna görə də Krım
tatarlarının səsi çox önəmli deyil.

– Azərbaycanla
rəsmi və ya qeyri-rəsmi formada hansısa bir əlaqəniz olubmu? Ümumiyyətlə, bu
məsələdə Azərbaycandan nə gözləyirsiniz?

– Dostlar bizi görüşdürməyə
çalışırlar. Təbii ki, İlham bəylə (İlham Əliyevlə) görüşüb bu məsələyə onun da
mövqeyini, nə dəstək verə biləcəyini öyrənmək istərdik. Hər halda bu, faydalı
olardı. Biz axı qardaşıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930