Müxalifətə qarşı xüsusi təyinatlı “Berkut” bölüyü

06.05.2014 - 00:35

DİN-in “Aslanlar” bölümünün yaradılmasının pərdəarxası

DİN-in “Aslanlar” bölümünün yaradılmasının pərdəarxası

Məlum olduğu
kimi, Azərbaycanda Ukrayna Daxil İşlər Nazirliyinin xüsusi təyinatlı “Berkut”
bölüyünün bir modeli olan “Aslanlar” bölüyü yaradılıb. Artıq xüsusi təyinatlı
“Aslanlar” bölüyü daxili işlər naziri Ramil Üsubovun iştirakı ilə Daxili
Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt Baş Polis İdarələrinin, Baş
Mühafizə İdarəsi ilə birgə təlimlərə qatılıb.

İndiki vaxtda
belə bir təlimin keçirilməsi təsadüfi deyil. Ukraynada baş verənlər, proseslərin
Azərbaycana sıçraya bilməsi YAP hakimiyyətinin narahatlığına səbəb olub.
Hakimiyyət fərqindədir ki, oxşar hadisələr Azərbaycanda da baş verə bilər. Bu
baxımdan indidən hazırlıq görür. Ancaq bunun üçün “Berkut”un modeli olan
“Aslanlar” bölüyünün yaradılmasına ehtiyac var idimi? Nəzər almaq laxımdır ki,
Azərbaycana daxildə baş verən hansı aksiyanı yaxud kiçik iğtişaşı yatırtmaq
üçün kifayət qədər böyük qüvvələr cəlb olunur. bu qüvvələrin silah və texnika
ilə təchizatı da kifayət qədərdir. Son illər istər paytaxtdakı aksiyaların
dağıdılması, istərsə də regionlarda baş qaldıran narazılıqların qəddarlıqla
yatırdılması bunu göstərir. Belə olan halda “Aslanların” missiyası nə olacaq?

Azərbaycanda
Çevik Polis Alayı, rayon polis şöbələrinin, şəhər polis idarələrinin istənilən
ixtişaşı qarşısını almaq gücündədir. Son iyirmi ildə də bunun şahidi olmuşuq. Əgər Xüsusi Təyinatlı
“Aslanlar” bölüyünün Qaradağda vuruşmaq üçün yaradıldığı deyilsəydi, bu başa
düşülən olardı. Daha da ixtisaslaşdırılmış çevik polis alayı nəyə lazımdır.
Ukraynada polislər, daxili qoşunlar hadisələrə loyallıq göstərdi. Ancaq xüsusi
təyinatlılar məsələyə xüsusi amansızlıqla yanaşırlar və heç bir liderallıq göstərmirlər.
Ancaq Azərbaycanda belə bölüyün yaranmasına ehtiyac görmürəm. Bu həm də əlavə vəsait
tələb edir. Ancaq Çevik Polis Alayı buraxılsaydı, daxili qoşunlar Müdafiə
Nazirliyinin tərkibinə keçsəydi, onda belə bölüyə ehtiyac yaranardı. İndi buna
xüsusi ehtiyac görmürəm. Hakimiyyət, Daxili İşlər Nazirliyi izahat verə bilər
ki, belə “berkutvari” qrupu nəyə görə yaradır.

Az da olsa,
ehtimal etmək olar ki, Ukraynada baş verən hadisələrdən, Rusiya pasportları ilə
bağlı yaranan problemdən sonra hakimiyyət xaricdən gələ biləcək hər hansı təhlükəni
önləmək üçün belə bir addım atır, ehtiyat tədbirləri görür. Hər halda ümid etmək
istərdik ki, bu daxili müxalifət qüvvələrinin əzilməsi üçün deyil, xaricdən gələ
biləcək hər hansı təhlükələri önləmək üçün təşkil edilmiş bir qurumdur. Ancaq
Azərbaycan hakimiyyətinin son illərdə apardığı daxili siyasəti nəzərdən keçirdikdə
bu ehtimal çox az görsənir. Əsas məqsəd daxildə hakimiyyəti daha da güclü
saxlamaq, özlərinə həddindən artıq loyal olan elitar dəstələr yaratmaq və hər
hansı münaqişəni, müxalif çıxışları tez bir zamanda operativ şəkildə
yatırtmaqdır. Azərbaycanın iqtisadi vəziyyətinə, ətrafında baş verən proseslərə
baxsaq, çox böyük ehtimallar var ki, regionlarda sosial gərginlik arta bilər.
Rusiyada müşahidə olunan hadisələr göstərir ki, bu ölkəyə qarşı embarqolar
getdikcə artsa, Azərbaycana daxil olan vəsaitlərin miqdarı azalacaq. Azərbaycan
regionlarının əhalisinin böyük əksəriyyəti təəssüf ki, hakimiyyətin apardığı
siyasət nəticəsində Rusiyadan gələn pula möhtac qalıb. Regionlarda sosial gərginliyin
azalması üçün o pulun böyük əhəmiyyəti var idi.Pulda ciddi azalmalar olsa, sosial gərginlik də arta bilər və ölkədə,
müxtəlif rayonlarda hər hansı hadisələr törənə bilər. Buna çox operativ
reaksiya göstərmək üçün elə bir qurumun yaranmasına ehtiyac duyublar.

Hakimiyyətin
mahiyyətini düşünərək demək olar ki, yaradılacaq belə bir qurum müxalifət düşərgəsinin,
müxalif fikrin əzilməsi üçün istifadə olunacaq bir alətdir. Daha operativ, daha
yaxşı təchiz olunuş aləti əllərində saxlamaq üçün belə bir qurumun
yaradılmasına ehtiyac duyurlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930