Bu günün Ulduz falı

07.05.2014 - 01:14

QOÇ – Bacardığınız qədər bu təqvimi təmkinli şəkildə yola
salın. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin. Daha çox adi
işlərin həlli ilə məşğul olun. Bu gün qurban kəsmək, ziyarətə getmək çox
düşərlidir.
BUДћA – Həyat o qədər də ümidsiz deyil. Sizi sevən və dəyərləndirən biri var. Gözəlliyinizi qoruyun. Bu gözəllik həm sizə həm də sizi sevənə həyat mənbəyidir. Yuxunuza fikir verin)))
ƏKİZLƏR – Ümumi
mənada düşərli vaxtdır. Əvvəlki günlərin gərginliyindən əsər-əlamət
qalmayacaq. Saat 14-dən sonra gücünüzə güc qata bilən insanlarla
görüşləriniz mümkündür ki, bundan imtina etməməlisiniz.
XƏRÇƏNG – Nahara qədər emosional sabitliyinizi qorumağa çalışın. Dəyərsiz
şeylər barədə düşünüb enerjinizi azaltmayın. İndi sizə etibarlı dostlar
və pul lazımdır ki, buna da dediklərimiz sayəsində çata bilərsiniz.
ŞİR
Düşünməyin ki, qarşınızda duran vəzifələri yerinə yetirmək
mümkünsüzdür. Əslində daxili tənbəlliyinizi bir kənara atmaqla,
məsləhətlərdən yararlanmaqla hər şeyə nail ola bilərsiniz.
QIZ – Qarşınızda nə qədər planlarınız varsa, hamısını günün ikinci yarısına
saxlayın. Çünki məhz deyilən ərəfədə uğur məqamlarınız başlayacaq. O
vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.
TƏRƏZİ – Qarşınızda maraqlı bir təqvim durub. İstər qarşılıqlı münasibətlərdə,
istərsə də fəaliyyət müstəvisində sizi qane edən proseslərlə
rastlaşacaqsınız. Səfərlər planınızı isə bugünlük təxirə salın.
ƏQRƏB – Kosmik fon bürcünüzə əsrarəngiz bir gün yaşadacaq. Hər kəslə mülayim
və ədalət çərçivəsində davranın ki, rəğbət qazanasınız. Səfərə çıxmaq
uğurlu olsa da, axşam saatlarında diqqətli olun.
OXATAN – Bu gün işdən daha çox müzakirələrə vaxt ayırın. Çünki apardığınız
söhbətlər yaxın yarım ilin perspektivlərinə birbaşa təsir göstərəcək.
Hər bir danışıq detalına xüsusi diqqət yetirin.
OДћLAQ – Tanrının ixtiyarınıza verdiyi bu təqvimdən pis heç nə gözləməyin.
Əgər günaha aparan işlərdən uzaq dursanız, müjdələrin şahidi
olacaqsınız. Az qala unutduğunuz qohumlarınızla əlaqə yaradın.
SUTÖKƏN – Təxminən saat 12-yə qədər daxili gərginliyiniz xeyli səngiyəcək. Bu
da rastlaşdığınız hadisələrdən doğacaq. Amma gərək siz də situasiyalara
müvafiq davranasınız. Duzlu qidalardan qaçın.
BALIQLAR – Ünsiyyətdə olduğunuz hər kəsi ittiham etməkdənsə bir qədər öz
üzərinizdə redaktələr edin. Dar macalda enerjinizi heç olmasa, sevgidən
alın. Bu gün həqiqətə söykənmək, bağışlamaq çox gözəl olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=6931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031