Böyük Azərbaycanın xəritəsi tapıldı

tədqiqatçısı tərtib etdiyi xəritədə Azərbaycan torpaqlarını diqqətlə və
ətraflı şəkildə göstərir

tədqiqatçısı tərtib etdiyi xəritədə Azərbaycan torpaqlarını diqqətlə və
ətraflı şəkildə göstərir
Zəngəzur, Göyçə, Yerevan və digər vilayətlər kimi Araz və Kür çayları
arasındakı torpaqların da Azərbaycana məxsus olduğunu göstərən xəritə
tapılıb. Bu maraqlı tarixi faktı Azərbaycanda Vətəndaş Cəmiyyətinin
inkişafına Kömək Dərnəyi ortaya çıxarıb. Bu xəritənin alman tədqiqatçısı Georq Mateus Zoyterin 1730-cu ildə tərtib etdiyi xəritə olduğu bildirildi.
Bu
tarixi fakt ermənilərin irəli sürdüyü bir çox tezisləri də alt-üst
edir. Birincisi, xəritənin tərtib edildiyi dövrdə türk komandiri Nadir
Xan fars Hökmdarı deyildi və heç bir şəkildə inzibati islahatlar həyata
keçirməmişdi. İkincisi,
Azərbaycan torpaqları 1847-ci ilə aid ingilis xəritələrində də bu
şəkildə göstərilmişdir. Bu da 1847-ci ildə Azərbaycanda heç bir
islahatın keçirilməməsi və yuxarıda göstərildiyi kimi torpaqların
Azərbaycana aid olduğunu sübut edir. Ən
maraqlı cəhət isə budur ki, alman tədqiqatçısının tərtib etdiyi
xəritədə Ermənistan adına rast gəlinmir. Bu bölgədə ermənilərə aid bir
torpaq yoxdur. Əvəzində o ərazi “Turkomaniya” olaraq göstərilmişdir.
Sual
budur: Niyə? Çünki ancaq Avropanın qədim dövrlərində Ermənistanın adı
hallanırdı. Əgər avropalı kartoqraflar öz dövrlərinin siyasi
gerçəklərini göstərmək istəsələr, Ermənistanın bu xəritədə olmaması,
onun dövlət olaraq heç bir əhəmiyyət kəsb etməməsindən danışmalıdırlar. Alman
tədqiqatçısı tərtib etdiyi xəritədə Azərbaycan torpaqlarını diqqətlə və
ətraflı şəkildə göstərir. Bu həmçinin dövrün siyasi mənzərəsini də
nümayiş etdirir. Bu
dövrdə Azərbaycanın bölgədə oynadığı rol xüsusilə müəyyən edilmişdir.
Çünki o zaman türklər bölgədə öz siyasətləri ilə əhəmiyyətli rol
oynayırdılar, ermənilər bölgədə əhəmiyyət kəsb edən torpaq və ya birliyə
sahib deyildilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=6933