Səhhiyyəmizin korrupsiya rekordu

06.05.2014 - 01:57
1 saata
16.223 nəfər, 1 dəqiqəyə 270 insan tibbi müayinədən keçib?

İqtisadşı ekpert Natiq Cəfərli öz facebook səhifəsində maraqlı bir status paylaşıb. Vətəndaşların tibbi müayinəsi ilə bağlı hesablamaları əks etdirən həmin statusu diqqətinizə çatdırırıq: “Bunlar artıq ən yaxşı bacardıqları işi – yalan danışmağı belə absurda,
komediyaya çevirib, özlərini gülünc vəziyyətə salırlar. Rəsmi Məlumat:
75 günə ölkədə 6 milyon 230 min insan tibbi müayinədən keçib.

Adi
hesablama: Güya, 75 günə 6 milyon 230 min insan müayinədən keçib.
Fevralın 17-də başlayan aksiya, mayın 5-də bitib. Bu zaman kəsimində 27
gün istirahət günü olub. Deməli, bu qədər insan cəmi 48 günə müayinədən
keçib: bir günə 129.791 nəfər, 8 saatlıq iş gününü nəzərə alsaq, 1 saata
16.223 nəfər, 1 dəqiqəyə 270 insan bu prosedurdan keçib. Ölkədə 14 min
həkim var, belə çıxır ki, hər həkim 48 günə 445 nəfəri müayinə edib. Bu
rəqəmlərə inanmaq mümkündürmü?
Bundan
əlavə, məlumatdan belə çıxır ki, ölkə əhalisinin 60-70%-i bu
prosedurdan keçib, ofisdə indi 9 nəfər var, biri də müayinədən keçməyib,
maraq üçün 10 nəfər tanışıma da indi zəng etdim (siyasətdən uzaq),
onlardan da heç kim müayinədən keçmiyib.
Ay
hökumət, bu boyda ağ yalan nəyinizə lazımdır? Tək bir ehtimal qalır:
yəqin ki, hər müayinəyə 5-10 manat pul siliblər ki, belə iri rəqəmin
alınmasında maraqlı olublar…”

Short URL: http://www.cumhuriyyet.net/?p=6934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930