“Sovetski” sakinlərinə zorla sənəd imzalatdırırlar
Köçürmə Komitəsinin nümayəndələri qapı-qapı gəzərək vətəndaşları sənədə qol çəkməyə məcbur edirlər
Bakının
tarixi “Sovetski” deyilən ərazisində evləri plana düşənlərə zorla sənəd
imzalatdırırlar. Bu barədə “Yeni Müsavat”a evləri plana düşən
“Sovetski” sakinləri məlumat veriblər. Onların sözlərinə görə, verilən
kompensasiya ilə razılaşmayan sakinlərə yenə də hədə-qorxu gəlinir.
Adının açıqlanmasını istəməyən “Sovetski” sakini bildirdi ki, Köçürmə
Komitəsinin nümayəndələri qapı-qapı gəzərək verilən kompensasiya ilə
bağlı razılığı ifadə edən sənədin imzalanmasını tələb edirlər.
bildirdilər ki, bu vərəqlər hər kəsə paylanılır və onu imzalamaq üçün
hər kəslə fərdi qaydada söhbət aparılır, insanlar dilə tutulur. Sənəddə
isə bunlar qeyd olunub: “Yazıb sizə bildirirəm ki, sökülmə ilə əlaqədar
olaraq mənzilimə və ya payıma düşən kompensasiya verilməsinə etiraz
etmirəm”.
tutmaması üçün əvvəlcədən hüquqi baza yaratmaq və bir hadisə baş
verəcəyi təqdirdə icra strukturlarını sudan quru çıxarmaqdır. Sakinlər
deyirlər ki, evləri ölçülmüş sakinlər mənzillərinin sahəsi barədə yekun
qərarın nə olduğunu öyrənə bilmirlər: “Ümumiyyətlə, hər hansı bir sual
üçün Yasamal Rayon İcra Hakimiyyətinin sökülmələr üzrə komissiyasına
müraciət etdikdə onlar deyirlər ki, əvvəlcə gedin “JEK”də ərizə yazın,
sonra işinizə baxılsın, deyilsin ki, sizin mənzilinizi ölçüb neçə
kvadrat metr olmasına qərar veriblər”.
edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır.
Fevralın 3-də Yasamal Rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin
üzvləri ilə görüşdə baş nazirin müavini Abid Şərifov bildirib ki,
məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş
versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə yoxdur. Biz də
yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bu addımı atırıq. Kim
istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”.
onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir
hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin orada uzun
müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı Şəhər İcra
Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə
tapşırıq verilib: “Həmin ərazidə mülkiyyətçilərin evlərinin alınması
üçün müəyyən olunmuş ən yuxarı hədd 1500 manatdır. Bu, bazar
qiymətlərinə uyğundur. Sakinlərin 3-4 min manatlıq təklifləri
əsassızdır”.
hazırlanır. Baş planın hazırlanması isə təxminən bir ay çəkəcək.
Sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa,
həmin vəsaiti alaraq, köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat
məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat
veriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=6937