Bakıda aksiya keçirilir

06.05.2014 - 12:38

Bakıda aksiya keçirilir

Bakının Pirşağı qəsəbəsinin sakinləri “Azəryolservis” ASC-nin qarşısında aksiya keçirilər.
Etirazçıların verdikləri məlumata görə, 30- yaxın Pirşağı sakini “Azəryolservis” ASC-nin qarşısına toplaşıblar.
Onların sözlərinə görə, aksiyanın səbəbi Bilgəh-Sumqayıt yolunun çəkilməsi ilə əlaqədardır:
“Biz Bilgəh-Sumqayıt yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində yaşayırıq. Bizim evlər yol çəkilən hissəyə düşüb. Yol çəkilən ərazidə yerləşən evlərimizin kvadrat metrinə görə bizə 250 manat pul verirlər. Bu məbləğ bizi qane etmir. Hələki bizi qəbul edən və şikayətimizə baxan da yoxdur”.
Sakinlərin sözlərinə görə, Kürdəxanı və başqa yerlərdə evlərin kvadratmetrinə görə 1000 manat təkilf edilir. “Biz hazırda idarənin qarşısındayıq, qəbul etməsələr buradan getməyəcəyik”(ANS).

Short URL: http://www.cumhuriyyet.net/?p=6950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930