“Kiyevə rus bayrağı asana “Volqa” maşınımı HƏDİYYƏ edəcəyəm”

06.05.2014 - 12:54

“Kiyevə rus bayrağı asana “Volqa” maşınımı HƏDİYYƏedəcəyəm”

 Rusiya Dövlət Dumasının vitse-spikeri qalmaqallı siyasətçi Vladimir Jirinovski Luqansk sakinlərinə şəxsi “Tiqr” markalı “Jeep” maşınını hədiyyə göndərib. 
“”Tiqr” yalnız güc strukturlarının xüsusi sifarişi əsasında istehsal olunur. O, xüsusi əmliyyatlar üçün nəzərdə tutulub və istənilən bataqlıqdan keçə bilər. “Tiqr” üzərində odlu silah və müxtəlif qurğular quraşdırılıb”-deyə Jirinovski deyib.
O deyib ki, “Tiqr” hazırda Ukrayna üçün daha lazımlıdır. “İnsanlar qan ağlayır, tibbi ləvazimat, güllə, kamuflyaj və ərzaq istəyirlər. Neç dəfə postlar atəşə tutulmuşdu. İnsanlarsa, silahsız dayanıblar. Mən maşınımı hədiyyə etmək qərarına gəldim çünki, Odessada insaları yandırmağa başladırlar. Bu artıq vətəndaş müharibəsi deyil, terrordur”. 
Dumanın vitse-spikeri əlavə edib ki. “Tiqr” zirehli maşınından əlavə onun Ukrayna separatçılarına daha bir maşın hədiyyəsi var. “Hələ bir “Volqa” da var. Maşın köhnədir, Brejnev dövrünündür. Amma içərisi yenidir. Amerika istehsalı mühərriki var. Mən “Volqa”nı Kiyevə daxil olaraq Ali Rada üzərində rus bayrağını asan ilk şəxsə hədiyyə edəcəm”-deyə Vladimir Jirinovski vəd edib.  (modern.az)     

Short URL: http://www.cumhuriyyet.net/?p=6951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930