Azərbaycan üzünü Rusiyaya çevirir

06.05.2014 - 13:23

Azərbaycan üzünü Rusiyaya çevirəcək“Ehtimal etmək olar ki, Azərbaycan üzünü Rusiyaya çevirəcək”.   Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.   O, Azərbaycanın artıq balanslaşdırılmış siyasətdən üz çevirmək niyyətində olduğunu bildirib:   “Görünür, Azərbaycan artıq Qoşulmayanlar Alyansından çıxmaq niyyətindədir. Yəni artıq balanslaşdırılmış siyasət yürütməyəcək. İranla və Rusiya ilə intensiv danışıqlar gedir. Ola bilsin ki, artıq xarici siyasətdə yeni rakurslar müəyyənləşdirilir. Bunun necə həyata keçiriləcəyi hələ ki, açıqlanmır. Amma ehtimal etmək olar ki, Azərbaycan üzünü Rusiyaya çevirəcək. Avropa Birliyinə daxil olmaq üçün müəyyən razılaşmalar əldə edilməlidir, bunun üçün NATO-ya daxil olmaq lazım gələcək və bu da uzun bir prosedurdur. Ölkədə ciddi islahatlar həyata keçirilməli, qanunvericilik tamamilə Avropa standartlarına uyğunlaşdırılmalıdır. Ən əsası isə siyasi islahatlar tətbiq edilməlidir. Mən bizim ölkənin bu xəttə hazır olduğu qənaətində deyiləm. Zənnimcə, Mahmud Məmmədquliyev bunu deyəndə heç də Qərbi nəzərdə tutmayıb”.   Qeyd edək ki, bu gün Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Avropa Birliyindən assosiasiya sazişindən daha yüksək müqaviləni istədiyini bildirib.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930