Nalbadyan Qarabağa görə İrana təşəkkür etdi
Nalbadyan Qarabağa görə İrana təşəkkür etdi
Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə görə İrana təşəkkür edib. “Axar.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan ötən gün Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zarif ilə keçirdiyi görüş zamanı danışıb: “Mən Azərbaycanla Ermənistan arasında olan anlaşılmazlıq üzündən uzanan münaqişənin həlli yolunda İranın tutduğu mülayim və “balanslı” mövqeyini anlayıram və bu mövqeyə görə təşəkkür edirəm”. Xatırladaq ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın işğalçı siyasətinin nəticəsində başlanmış münaqişə nəticəsində 30 mindən artıq azərbaycanlı öldürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6954