NİDA-çılara hökm oxundu

06.05.2014 - 14:16

NİDA-çıların məhkəməsinin növbəti iclası başlayıb. Bu iclasda NİDA-çılara hökm oxunur. Dövlət ittihamçısı onlara 6 il yarımdan 8 il yarıma qədər həbs cəzası istəyib. Məhkəmə binasının qarşısına xeyli ictimai və fəal və siyasilər toplaşıb. Polis toplaşanları binanın qarşısından yaxınlıqdakı parka sıxışdırıb. Arada yüngül qarşıdurma da yaranıb. Polislər fəalların qaldırdığı NİDA-çılara azadlıq və ədalətli məhkəmə qərarı tələb edən plakatı onların əlindən zorla alıb.
Prosesi izləməyə diplomatik korpus nümayəndələri də gəlib. 
Bir qədər öncə Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara hökm oxunub.
Zaur Qurbanlıya 8 il, Rəşadət Axundova 8 il, Rəşad Həsənova 7 il 6 ay, İlkin Rüstəmzadəyə 7 il, Bəxtiyar Quliyevə 7 il, Məmməd Əzizova 7 il 6 ay, Şahin Novruzluya 6 il, Üzeyir Məmmədliyə 7 il həbs cazası verilib.
8 NİDA-çı gənc ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Gənclər ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyası keçirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=6956

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930