Sumqayıt Suriya ciyadçılarının mərkəzinə çevrilir

06.05.2014 - 15:12

230 sakin “poli nəzarəti altındadır” və ya potensial muzdlu olduqlarına görə izlənilir

 
Sovet dövründə neft-kimya sənayesinin mərkəzi olan Azərbaycanın Sumqayıt şəhərinin islamçı döyüşçülər yetişdirən bir yer olması ilə bağlı bir neçə əlamət var. Burada mağaza və restoranlar spirtli içki satır, sakinlər səliqəsiz geyinir. Lakin polisin sözlərinə görə, paytaxt Bakıdan 35 kilometr uzaqlıqda yerləşən 400000 əhalisi olan bu “tüstü borusu” Suriyanın vətəndaş müharibəsinə gedib əksər halda həlak olan azərbaycanlı müsəlmanların əsas mərkəzidir.

Sumqayıtın otuz altı yaşlı sakini Rəsul (xahişi əsasında soyadı qeyd edilmir) Sumqayıtın nədə ad qazandığını öz gözü ilə görüb. 2013-cü ildə o vaxt 32 yaş kiçik qardaşı Zaur beş nəfər ilə birgə Suriya ordusunun Aleppo yaxınlığında qiyamçılara hücumu zamanı həlak olmuşdu. Rəsul Zaurun vəfat etdiyini Azərbaycan televiziyası vasitəsilə onun beynəlxalq muzdlular qrupunun komandanı olduğunu bildirən şəxsiyyət vəsiqəsini görəndə bilib.
Bütün bunları anlamağa çalışmaqla yanaşı Rəsul Zaurun hərəkətlərini “yanlış” adlandırır. “Zaur Sumqayıtda dövlət enerji şirkətində çalışıb, polislə heç vaxt problemi olmayıb”, o, kasıb görünüşlü mənzilində oturub bildirib. “Onun hər hansı radikal dini qrupa qoşulacağını heç vaxt gözləməzdim.” Rəsul bildirib ki, onun qardaşı gündəlik namaz qılmağa 2009-cu ildə başlayıb.. 2012-ci ildə yoxa çıxıb. “Bir neçə şəxsi əşyasını götürüb getdi. Hətta arvadı da harada olduğunu bilmirdi. Biz polisə müraciət etdik, lakin bir müddət sonra o, mənə zəng etdi və narahat olmamağımızı və Türkiyədə işlədiyini dedi,” Rəsul qeyd edir. Bu gün kiçik biznes ilə məşğul olan Rəsul özünün iki uşağı ilə yanaşı, mərhum qardaşının üç oğluna da baxır. O, EurasiaNet.org-a bildirib ki, qardaşının Suriyadakı fəaliyyətinə görə onun Azərbaycan hökuməti ilə problemləri olub, lakin detalları açıqlamaq istəməyib. Suriyada Prezident Bəşər Əsədə sadiq qüvvələrə qarşı İslam qiyamçılarla birgə mübarizə aparmış və hələ də aparan azərbaycanlılar haqda dəqiq məlumat yoxdur. İkinci dərəcəli mənbələrə istinadən yerli KİV Suriyada döyüşənlərin sayının 200-400 arasında olduğunu bildirir, bunlardan 100 nəfər döyüşlərdə həlak olub.
Azərbaycan vətəndaşlarının guya Suriya münaqişəsində iştirak etməsi ilə bağlı xəbərlərin mətbuatda daha tez-tez işıqlandırılması polisin indi bu tendensiyaya daha çox diqqət ayırmasına səbəb olub. Polis şöbələrinin apardığı araşdırma nəticəsində məlum olub ki, son beş ildə “təqribən 40″ nəfər Sumqayıt sakini Azərbaycanı tərk edərək Suriyaya və Əfqanıstana yollanıb və onlardan demək olar ki, yarısı öldürülmüşdür”, yerli xəbər saytı vesti.az məlumat verir. 
Digər 230 sakin “poli nəzarəti altındadır” və ya potensial muzdlu olduqlarına görə izlənilir. Vesti.az-ın 40 polis şöbəsi arasında apardığı sorğu nəticəsində məlum olub ki, Sumqayıt döyüşçülərin əhaliyə nisbətinə görə birinci yerdədir. Lakin polis bu məlumatların mənbəyini açıqlamayıb.
Hazırda Sumqayıt sünni islamın bir forması olan və islamın ilkin qayda-qanunlarına qayıtmağı hökm edən Sələfizmin mərkəzidir. 2013-cü ilin sonunda sələfilər və Xərici adlanan sələfi dissident qrupu arasında silahlı toqquşma olub, 4 nəfər yaralanıb və 16 nəfər həbs edilib. 
Azərbaycanda İslamın rolu ilə bağlı bir neçə kitabın müəllifi Arif Yunusov Suriyada mübarizə aparmaq üçün İslam radikallarçılarının ən çox göndərildiyi yerin Sumqayıt olduğu fikiri ilə razı deyil. O, aprelin sonunda hakimiyyət tərəfindən saxlanılıb, ürəyi ilə əlaqədar xəstəxanaya yerləşdirilməmişdən öncə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanın “müxtəlif şəhər və rayonlarından” olan sakinlər də mübarizəyə qoşulub.
Polisin Azərbaycanın xəbər saytı Vesti.az-a verdiyi məlumatda deyilir ki, İslam döyüşçüləri tərəfindən təhdid olunan Azərbaycanın Dağıstanla həmsərhəd şimal rayonları Suriya cihadçıların mərkəzidir.
Yunusovun fikrincə, “Sumqayıtı diqqət mərkəzinə salan oradakı Xərici cəmiyyətidir. Digər azərbaycanlı sələfilərdən fərqli olaraq onlar hesab edirlər ki, “dünyəvi qanunlara əməl etməməli və dünya boyunca cihadda iştirak etməlidirlər””. Xəricilər namizədləri yerli məscid və çayxanalardan toplayır. “Şəhərin demoqrafiyası da rol oynayır”, o davam edir.
1940-cı ildə əsası qoyulmuş Sumqayıt daha çox miqrant və savadsız fəhlə şəhəri idi. Sovet İttifaqı dağılmamışdan öncə məscidi yox idi. Lakin birdən fəlakətlər başladı – Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə burada bir çox sənaye müəssisələri bağlandı və qaçqın düşən əhalinin ən çox məskunlaşdığı yerlərdən birinə çevrildi. “Bütün bu amillər dini radikalların müvəffəqiyyətlə istifadə etdiyi bir növ boşluqdur”, Yunusov bildirib.
Yerli sakinlərin sözlərinə və mediadan verilən məlumata əsasən, Sumqayıtdan təkcə kişilər deyil, həmçinin qadınlar da Suriyaya gedir. Apreldə bütün şəhərdə cənnətə düşmək üçün qadınları “cihad nikahı”na səsləyən – mücahidlərə seksual xidmət təklif edən anonim vərəqlər yayılmağa başladı. Bakılı sələfi mollarından biri polis tərəfindən toplanan bu vərəqələri “Suriyada döyüşənlərə qarşı provokasiya” adlandırıb.

Çihadçıların xarici ölkələrdə müharibələrə getməyinin qarşısını almaq üçün Polisin artırılmış nəzarətindən əlavə heç bir sərt addım atılmırdı. Martda bu fəaliyyət üçün nəzərdə tutulan həbs müddəti iki dəfə artaraq 5 ildən 11 ilə qədər , muzdlulara sponsorluq edərək fəaliyyətə cəlb edənlərin həbs müddəti isə artaraq 9 ildən 15 ilə qədər olub. Cəzaların bir təsiri oldu – Suriyada cihada sponsurluq edənlərin daha az üzdə olmağı. Şayiələr gəzir ki, Sumqayıtda Suriya döyüşündən evinə qayıdan “mücahidlər” var, lakin heç biri müəyyənləşdirilməyib və müəyyənləşdirilməyib və orada gördükləri haqda suallara cavab verilməyib.
 

ŞAHİN ABBASOV

Short URL: http://www.cumhuriyyet.net/?p=6959

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930