Sumqayıt Elektrik Şəbəkədə özbaşınalıq
06.05.2014 - 15:53
Sumqayıt Elektrik Şəbəkədə özbaşınalıq

Vaxtıyla rüşvət aldığına görə işdən qovulan adamlar yenidən vəzifəyə gətirilib, EŞ-nin rəisi isə işdən çıxarılsa da otağını tərk etmir
“AzərEnerji” ASC-nin ”Sumqayıt REŞ”вЂ‰MMC-də baş verən neqativ halla bağlı JAM.AZ-a müraciət daxil olub. “Sumqayıt REŞ”вЂ‰MMC-nin 
çoxsaylı kollektivi adından müraciət ünvanlayan Samir İmanov bildirir ki, təmsil etdiyi qurumda ayrı-seçkilik və adambazlıq hökm sürür.
O deyib ki, pensiya yaşına çatmışвЂ‰işçilərin böyük əksəriyyətinin işdən azad edilməsinə baxmayaraq ayrıseçkiliyə yol verilərək bəzi pensiyanerlər işdə saxlanılıb. ”Onlardan biri infarkt xəstəliyi keçirdiyinə görə aylarala bülletendə olan, konkret işвЂ‰görməyib havayı yerə yüksək maaşвЂ‰alan, sürücü ilə təmin edilən, Sumqayıtda kirayədə yaşadığı evin pulu da idarə hesabına ödənilən, 65 yaşlı pensiyaner Hakim Hüseynovdur. Heç bir işвЂ‰görməyən Hakim Hüsynova ayda 2500 manat maaşвЂ‰verilir. Ümumi şöbənin 66 yaşlı rəisi pensiyaner Əliyar Qasımov da  işdə saxlanılıb”. 
O bildirib ki, Sumqayıt EŞ-nin rəisi vəzifələrini icra edən Tacəddin Aslanov işdə yol verdiyi yeyintyə görə 1 ay öncə işdən azad edilib. ”Lakin qeyri-qanuni olaraq öz kabinetində oturub işçilərə göstərişвЂ‰veriş. Əlaltıları Ağaquliyev Şahinlə Cəfərov Şaiqin vasitəsilə hələ də mühəndislərdən aylıq haqq yığır. Aylıq maaşlarının 250 manat olmasına baxmayaraq rüşvət hesabına hər ikisi (Şahinlə, Şaiq) 30 000 manatlıq maşın alıb. Sayğacquraşdırma qruplarının rəhbərləri rüşvət almadan sayğac qoymur. Bu işlərin də başında labaratoriya rəisi Zahid Şıxəliyev dayanır”.
 
JAM.AZ-a daxil olan məktubda vurğulanır ki, vaxtilə işdəki rüşvətxorluğuna görə ”AzərEnerji” ASC Prezidentinin əmri ilə işdən qovulanlar sırasında Faiq Həmzəyevdir və o hazırda Xırdalan şəbəkəsinin rəisidir. ”Ən çox rüşvət və korrupsiya halları da məhz Xırdalan şəbəkəsindədir. Alim Qəmbərli  indi Bağlar EŞ-də rəis müavinidir. ANS kanalının qadın müxbirinə əxlaqsız təkli edib ona öz xətti ilə ”mənə zəng et” sözləri qeyd edilmişвЂ‰kağızda şəxsi nömrəsini verdiyi üçün işdən qovulan Nəbi Seyidəhmədi isə hazırda nəzarət şöbəsində işləyir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6964