Şəmkir uğrunda “fövqəldöyüş”

06.05.2014 - 22:37

Nazim Veyisov Kəmaləddin Heydərov-Fazil
Məmmədov rəqabətinə qurban verilir

Nazim Veyisov Kəmaləddin Heydərov-Fazil
Məmmədov rəqabətinə qurban verilir

 

Vergilər
naziri Fazil Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında
Şəmkir döyüşü başlanıb. Hakimiyyətin iki qüdrətli naziri qərb zonasının ən
varlı bölgəsinə sahiblənmək uğrunda savaşa çıxıblar. Uzun müddətdir ki, bölgədə
hakimlik edən vergilər naziri Şəmkiri FHN rəhbərinə təhvil-təslim etmək
istəmir. F.Məmmədov K.Heydərovun dirənişinə qarşı müqavimət göstərməklə geri
çəkilməyəcəyinə eyham vurur. Hazırda “Şəmkir postu” uğrunda gedən iqtisadi
mübarizədə kimin sonda qalib çıxacağı bilinmir.

Son
bir ildə Şəmkir rayonunun sosial-iqtisadi inkişafı üçün 13 milyondan artıq
vəsait ayrılıb. Bu vəsaitin çox böyük hissəsinin hara xərcləndiyini heç kim
bilmir. Təkcə bu ilin birinci rübündə rayonun abadlaşdırılması üçün 600 min
manat, Şəmkir yollarının əsaslı təmiri üçünsə 1 milyon manata qədər vəsait
“Gəncə Körpü Tikinti-2” MMC-nin hesabına köçürülüb. 2012-ci
ildə isə Şəmkirin abalaşdırılması üçün 12 milyondan artıq vəsait başda
“Ağstafasutikinti” ASC, “Gəncə Körpü Tikinti-2” MMC və
“Şəmkir Tikinti 18” ASC olmaqla bir neçə firmanın hesabına köçürülüb.
Bunlardan “Ağstafasutikinti” ASC-nin hesabına 4 milyona yaxın vəsait
köçürülüb. Rayonda aparılan abadlıq işləri isə Mədəniyyət sarayının, İcra
Hakimiyyətinin binasının və rayon kitabxanasının mişar daşları ilə üzlənməsi olub.
Bundan başqa bazara gedən yol təmir olunub. Şəmkirdə icra başçısı Nazim Veyisovla Şəmkir rayon maliyyə idarəsinin
müdiri Nazim Məlikov arasında bu zaman qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb
isə dövlət büdcəsindən ayrılan vəsaitlərin “yuyulması” zamanı iki tərəfin
anlaşa bilməməsi olub.

Bildirilir
ki, Şəmkirin sosial-iqtisadi inkişafı üçün bu qədər vəsait ayrılmasına
baxmayaraq, icra başçısı görülən işlərin tamamını öz adına çıxır. Çünki icra
başçısı Rusiyadan olan şəmkirli iş adamları ilə əlaqəyə keçərək rayonun
abadlaşdırılması üçün onların imkanlarından yararlanır. Bunun müqabilində
rayonun gəlirli sahələrini Rusiyada yaşayan şəmkirli iş adamlarına verir, eyni
zamanda onlarla şərik iş qurur.

Lakin
Şəmkirdə yerli mənbələrin ehtimallarına görə, FHN şefi Şəmkirə yiyələnməkdə
təkid edir və istəyini reallaşdırmaq üçün bütün qüvvələrini səfərbər edib.
Nazir həmkarından Şəmkiri almaq üçün ən yuxarı eşelonda dialoqlar aparır,
Şəmkir kimi iqtisadi baxımdan strateji nöqtənin ona verilməsini istəyir. Ölkə rəhbərliyinin
Şəmkir qubernatorunu dəyişəcəyi barədə yayılan məlumatlara görə, vergilər
nazirinə başqa rayon həvalə ediləcək. 

Mənbələr
qeyd edir ki, Şəmkirin K.Heydərova verilməsi müqabilində Zaqatalanın
F.Məmmədova tapşırılması güman olunur. Bu məlumatları Şəmkirdən “Yeni Cümhuriyyət”ə
verən qaynaq iddia edir ki, səslənən versiyalar öz təsdiqini tapmaya bilər:
“Lakin hər iki nazir arasında nüfuz savaşı getdiyi və Şəmkirə sahiblənmək
üçün mübarizə aparıldığı dəqiqdir. Kəmaləddin Heydərov Şəmkirdə bir neçə biznes
məntəqəsi açıb. Onun yeni tikilən otelin inşasında da rolu var. Fazil Məmmədov
isə öz rayonundan əl çəkmək istəmir və israrla dirənib”. Qaynağımız əlavə edir
ki, K.Heydərov bölgəyə kurator təyin ediləcəyi halda Şəmkirin icra başçısı da
dəyişəcək: “Nazim Veyisov kənardan sakit və öz işi ilə məşğul olan başçı
təəssüratı oyadır. Əslində vergilər nazirini təlimatlarının yerinə yetirən
Veyisovun heç bir funksiyası yoxdur. O, sadəcə postunda oturub nazirin
tapşırıqlarına əməl edir. Ümumiyyətlə N.Veyisov F.Məmmədovun əsas adamlarından
sayılır. Buna görə də Vergilər Nazirinə qarşı hücumun ilk zərbəsinin məhz bu
icra başçısına dəyəcəyi şübhə doğurmur.

Bu
iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq.

cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=6970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930