BDU rektoru sökülən yataqxananı Nabrana daşıtdırır?

betonları ağırlıq qaldıran qurğular vasitəsilə dənizin içərilərinə
doğru doldururlar

betonları ağırlıq qaldıran qurğular vasitəsilə dənizin içərilərinə
doğru doldururlar
bağlı ilginc məlumat daxil olub. BDU-nun rektoru bu yaxınlarda sökülən
yataqxanaları əslində özünün Nabrandakı villasının qarşısı üçün istifadə
edir. Daxil olan məlumata əsasən Abel Məhərrəmov Nabranda hektarlarla
ərazisi olan villasının önündə Xəzər dənizinə böyük bir giriş yaradır.
söküntüsü zamanı binaların beton bloklarını rektorun dənizə böyük bir
dəhliz açmaq üçün daşıyırlar. Hətta konkret olaraq 3 “Şaqman” markalı
yük maşınları hər gün həmin beton blokları Nabrana daşıyır. Aparılan
betonları ağırlıq qaldıran qurğular vasitəsilə dənizin içərilərinə
doğru doldururlar. Məlumat verən mənbə bildirir ki, Abel Məhərrəmovun
sürücüsü qara rəngli xidməti “BMV” ilə beton daşıyan maşınları müşayyət
edir. Nəqliyyat Nazirliyinin əməkdaşlarına da konkret xəbərdarlıq edilir
ki, bu maşınları saxlamsınlar. Hətta çəkisi 80 tona yaxın olmasına
baxmayaraq Nəqliyyat Nazirliyinin əməkdaşları bu yük maşınlarını saxlaya
bilmirlər. Qeyd edək ki, yaxın günlərdə Abel Məhərrəmovun Nabrandakı
dəbdəbəli villasının həyətindən dənizə doğru çıxarılan uzun beton yolun
fotolarını və digər məlumatları da təqdim edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=6972