Mədət Quliyevin həbsxanalarda dustaq etdiyi qanunlar
Azərbaycanda istintaq təcridxanalarında baş
verənlərin pərdəarxası
Azərbaycanda istintaq təcridxanalarında baş
verənlərin pərdəarxası
Cəza
evlərində cəza çəkən dustaqların və onların valideynlərinin xahişini nəzərə
alaraq hər Azərbaycan Cəza Çəkmə müəsisələri və Tədricxanalar haqqında silsilə
yazılar dərc edirik. Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanası və
Şüvəlanda saxlanılan insanlar redaksiyamızla telefon əlaqələri saxlayaraq
qəzetmizdə pentisener xidmətin nəzarətçiləri haqqında eləcədə məhkəmələrdə olan
saxlama yerlərindəki problemlərdən danışaraq oradakı vəziyyətlə əməkdaşalrımızı
bilgiləndirir və qəzetmizin səhifələrində bu haqda yazmağmız xahiş edirlər ki,
cəmiyyətdə insanlar buradakı real vəziyyəti bilsin və adiyyatl qurumlar bu
məsələni araşdırsınlar.
Saxlanılma
yerlərində olanlar bildirirlər ki, bütün bu qanunsuzluqları Ədliyyə Nazirliyi
Penitensiar Xidmətinin rəisi Mədət Quliyev şərait yaradır. Ədliyyə sistemində
mənbəmiz isə bildirir ki, bu qanunsuzluqlar ona görə yaranır ki, PX rəisi nəzarətçilərin
rəislərindən haqq alır(Bu haqda növbəti saylarımızda geniş araşdırma ilə
sizləri tanış edəcəyik).
6 nəfərlik yerlik “voronok” lara 15-18
nəfər dustaq mindirilir
Beləliklə
başayırıq redaksiyamıza verilən bilgi çoxluğuna görə saxlanma yerlərindən bu
saxlanma yerləindən ki ötən sayımızda azda olsa məlumat vermişdik Kürdəxanıda
yerləşən Bakı İstintaq Təcridxanasında ki azərbaycanda cəza törətmiş və şübhəli
bilinən şəxslərin ən çoxu burada saxlanılır ki, bununda 100 nəfərdən çoxu qadın
3000 mindən də çoxu kişilərdir ki, bu şəxslər istintaq altında və istintaqı
bitənlər isə məhkəmələrə buradan aparılır.
Bir
müddət öncə məhkəməyə çıxarılan şəxslər sovet donəmindən qalmış PX-yə məxsus
“qaz 53”
markalı yük maşınları ilə məhkumların və PX nəzarətşilərinin dili ilə desək
“voronaklarla “”daşınırdı ki bu “voronoklar indikilərinə
baxandayük yeri bir az geniş idi. Mədət Quliyev PX rəis gələndən sonra
Türkiyədən ucuz qiymətə xüsusi maşınlar gətizdirdi. Hazırda bu maşınlarla
daşınan şübhəli şəxslər bildirir ki, hər mazşın 5 və 6 nəfərlik olur. Lakin bu
yerlərə 15 və 18 nəfər adam mindirirlər ki, buda maşında çox sıxlıq yaradır.
Məhbusların sözlərinə görə bu maşınlara qadın məhbuslardan kimisə mindirsələr
onda bu problem birə beş artır. Içərinin öz qanunları olduğundan qadın olan
yerdə qadın və yaşlı adamlar üçün hər bir şərait yaradılmalır. Qadına hansısa
məhkum belə toxunmamalıdır . Əgər bu baş versə o dustaq sındırılır və
sınmışların kamerasına yollanır. Buna görədə məhkumlar belə şeylərə diqqət edir
bu qanunları qoruyurlar. Bu da Mədət Quliyevin dar, yöndəmsiz maşınlarında
problemlər yaradır. Bu haqda bir az sonra. İndi isə bir az şüvəlan türməsinin
real vəziyyəti haqqında yazmaqla Mədət Quliyevin Xəzər Tv-də məhkumlar
verlişində danışdığı anologlu yalanlarını üzə şıxarmaq istəyirik. Daha doğrusu
real vəziyyət bunu deməyə əsas verir ki, dustaqların və saxlanılan şəxslərin
haqlarını və dövlət tərəfindən onlarari verilməli olan ərzaq məhsullarını
vədigər ləvazimatlar verilməyərək PX rəisi tərəfindən mənimsəlinir.
Gözdən- könüldən uzaq, dövlət nəzarətinin
zəif Şüvəlan türməsi
Beləliklə
Kürdəxanı və Şüvəlan türmələrindən redaksiyamıza zəng edənlər bildirirlər ki,
saxlananların vəziyyəti günü-gündən acınacaqlı vəziyyətə düşür. Şüvəlanda
saxlanılanların bildirdiyinə görə son vaxtalar elə bir vəziyyət yaranıb ki,
saxlanılan şəxslər yatmaq belə yer tapmırlar. Bildirək ki, Şüvəlan türməsi
sovet dövründən qalma köhnə tikilidir. Ölkənin hər yerində və bütün dövlət
qurumlarında olduğu kimi burada da qanunlar tam gücü ilə işləmir, məhbuslara
qarşı münasibətdə ayrı- seçkilik, korrpusiya, qanunsuzluq baş alıb gedir.
Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı
səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad
vəziyyətdədir. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai
nəzarətin isə ümumiyyətlə olmadığı bu təcridxananın həm texniki vəziyyəti, orda
dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad
vəziyyətdədir.Orada saxlanılan şəxslərin bildirriyinə görə Şüvəlanda olan
İstintaq Təcridxanasında məhkumlar üçün elə yemək verirlər ki, onu yemək mümkün
deyildi. Çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən
bişirirdilər. Bunun minlərlə şahidi var. Evlərindən azuqə gəlməyən məhkumlar
ondan yeməyə məcbur idilər.
Bir saatı 5 manata açılan “karmoşkalar”
Həm
də kameralarda “qarmoşka” deyilən yerlər var. Ora açılarkən kamerada
havalanma olur. Şüvəlan türməsində “karmoşkanın” saatını iki-üç manata
açırdılar. Kürdəxanı türməsində baxanda burada qiymət ucuzdur.Kürdəxanıda saatı
5 manata kameraların “karmoşkaları” açılır.
Şüvəlan
türrməsində ədliyyə sistemində çalışan mənbəmiz bildirir ki, buranın rəisi
Elnurun rüşvətin yığılması üçün xüsusi bir adamı var ki pul yığımı ilə o məşğul
olur.
Onun
bildirdiyinə görə Şüvəlan türməsində bu adi bir şeydir və hər bir müəssisədə
bir nəfər də olsa pulun toplanması və ötürülməsi işi ilə məşğul olduğu kimi
burada da rüşvətin yığılması, toplanması və lazımi ünvanlara ötürülməsi ilə
bağlı cavabdeh şəxs var.
Şüvəlandakı türmədə də təqsirləndirilən
şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür
Şüvəlandakı
türmədə də təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara
bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun
təbəqələşib. “Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur-
təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk
olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” (peredaça otağı)
məntəqəsində pozulur. Yaxınlarına “peredaça” ötürməyin müxtəlif qiymətləri
mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün
müəyyən olunmuş qiymətidir. “Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və
onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. “Peredaçanı” qəbul edən
məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir, eyni zamanda həmin
korpuslar da növbə çəkən nəzarətçilərə də milli mentalitetimizə uyğun olaraq
“hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist”
nəzarətçilərinin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək
hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmək üçün
Şüvəlan İstintaq Təcridxanası bunun aylıq qiyməti 50- 100 manat arası,
saxlanması qadağan olan əşyaların istifadəsi üçün “rejim” tərəfindən dəqiq
müəyyən edilmiş qiymətlər var.
Həkimlərin satdığı narkotik tərkibli həblər
Bundan
əlavə Şüvəlan türməsində həkimlərin əli ilə də narkotikə meyilli dustaqlara
narkotik tərkibli həblər satılır ki, bununda başında yenə də türmənin rəisi
durur ki, həkimlər içəri keçirtdikləri həblərəin sayıan görə rəiə pul
veririlər. Belə ki, dustalra satılan narkotik tərkibli həblərin ərəsinin öz
qüiyməti var ki, bununda ən ucuzu “Baralgin”” tabletkalarıdır ki, bunun bir
“tabletkası” 7 manatdan həkimlər tərəfindən kameralara satılır. Mənbəmiz
deyir ki, buranın həkimləri elə dərmanlar gətirilər ki, qiyməti 70- 8o manata
satılır.beləliklə həkimlərin əli ilə burada 7 manatdan başlayan 80 manata kimi
qiymətlərə narkotik dərmanlar satılır. Oda bildirirlir ki, bahalı həbləri
həkimlər bir həftəlik nisyədə saxlayırlar.
Şüvəlan
türməsində kameraları “şmon” edənlərində ayrıca öz “haqqı ” var.
Burada kameralar hər həftə “şmon” edilir və hər kameranın da öz qiyməti
var. Mobil telefon olan kameralar həftəyə 20 manat,narkotik olan kameralar
40-50 manat “həfətlik tass” yığılır. “Titanik” adlanan 3 mərtəbəli,
100-dən yuxarı kameradan isə “şmonşiklər” hər həftə hər kameradan 20
manatdan pul alırlar. Bunun nəticəsidir ki, Şüvəlan türməsində özbaşnalıq höküm
sürür.
Elnur adlı rəisin öz qanunları
Mənbəmiz
bildirir ki, burada da “Oğru” qanunları üstünlük təşkil edir. Dövlətin
qanunları Şüvəlan türməsində də bir kənara atılıb burada Elnur adlı rəisin və
“polejenistin” qanunları hökm sürür. Burada rüşvət verməyən və
qeyri-qanuni əmrlərə tabe olmayan dustaqlara insani şərait yaradılmır. Eyni
halda məhbusların həyat şəraiti Şüvəlan türməsinin risi Elnur müəllimdən
asılıdır.
Şüvəlan
türməsində dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında
yatırlar, yayda isə istidən əziyyət cəkirlər. Məhbuslara verilən yataq dəstləri
köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən aylarla
dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq
dəstlərini evlərindən gətirməyə məcbur olurlar.
Penitensiar
Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu
qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir.
Həbs
yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin
olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha
çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan,
ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri
bağışlayır
Sonda
bir daha onu qeyd edək ki,rəsmi məlumatlara görə Azərbaycanda 22 minə yaxın
məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 35 mindən yuxarıdır.
Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər.
CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab
olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların
arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş
məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi
yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar,
yayda isə istidən əziyyət çəkirlər.
Hər
CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir.
Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq
Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu
qanunlara əməl edilmi
Məhbusların
hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana
rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar verilir.
Ölkədəki
müvəqqəti saxlanma təcridxanaları arasında yalnız 1 nömrəli Kürdəxanı İstintaq
Təcridxanası müasir standartlara cavab verir. Lakin MTN, Bakı Şəhər Baş Polis
İdarəsinin istintaq təcridxanalarının durumu heç də yaxşı deyil. Eyni halda
Şüvəlan və Gəncədə yerləşənən təcridxanalarında vəziyyəti çox acınacaqlı
durumdadır.
***
İstintaq
Təcridxanalarında və cəza çəkmə müəsisələrində cəza çəkən məhkumlar və eləcədə
məhkum ailələrinin və redaksiyamıza ünvanlanan bilgilər əsasında növbəti
rublikamızda daha maraqlı faktlara toxunacayıq. Bizi izləyin
“Yeni Cumhuriyyət” Araşdırma Qrupu
Short URL: http://www.cumhuriyyet.net/?p=6974