Azərbaycanda tragikomik məhkəmə tamaşaları

07.05.2014 - 00:38
Mandat alverçisi azadlıqda, NİDA-çı gənclərə həbs

 
NİDA-çı gənclər həbs olundu, onlara ümumilikdə 60 ilə yaxın cəza
kəsildi. Dünən isə sabiq millət vəkili Gülər Əhmədova azadlığa çıxdı. NİDA-çılara
qarşı irəli sürülən əsas ittiham 10 mart, 2013-cü il “Əsgər ölümünə
son!” aksiyası ərəfəsində “Molotov kokteyli” hazırlayaraq kütləvi
silahlı iğtişaşların təşkilinə cəhdlə bağlıdır. Onlar bu ittihamları
rədd edərək NİDA-nın nizamnaməsində dinc yolla mübarizə aparmağın
göstərildiyini deyirdilər.

Yerli
və beynəlxalq hüquq müdafiəçiləri hesab edir ki, gənclərin həbsinə
səbəb “Əsgər ölümlərinə son” adlı etiraz aksiyalarını təşkil etmək olub.
Gülər
Əhmədova fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin
rektoru Elşad Abdullayevin internet vasitəsi ilə yayımladığı videolarda
deputat kürsüsünün alınıb satılmasında birbaşa prezidentin, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adları çəkilirdi.
Videogörüntülərdə G.Əhmədova R.Mehdiyevə pulu şəxsən verdiyini deyirdi.
Belə bir videogörüntünün üzərində qurulan məhkəmənin predmeti isə yalnız
bir deputatla bir rektor arasındakı dələduzluğun araşdırılmasına
yönəldilərək dövləti cinayətlərin üstündən sükutla keçildi.
YAP
sədrinin müavini Əli Əhmədov isə onun bir qadın kimi, himayəsində
azyaşlı uşağının olması və digər yüngülləşdirici halların nəzərə
alınaraq belə bir qərar qəbul olunduğunu deyib. Appelyasiya məhkəməsinin
də Gülər Əhmədovanı azadlığa buraxarkən istinad etdiyi əsas məqam bu
idi. Halbuki, Əli Əhmədov Gülər Əhmədovanın məlum videosu yayıldıqdan
sonra bu sözləri demişdi: “Biz Gülər Əhmədovanın dələduzluq
hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni
zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq
əməlləri ilə YAP-ı Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq
itirib.”
Hazırda
barəsində hökm çıxarılan Rəşadət Axundov ötən il həbs olunarkən övladı
dünyaya gəlməmişdi. Hazırda oğlunun 1 yaşı var və məhkəmə hökmünə görə, o
övladını 8 il görə bilməyəcək. Üstəlik, prokuror Rəşadətin azyaşlı
övladının olmasını da yüngülləşdirici hal kimi nəzərə alındığını
deyərək, ona 8 il iş istəmişdi. İndi də icra olundu.
Xural
qəzetinin baş redaktoru, Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə məhz
Gülər Əhmədovanın şikayəti ilə həbs olunub. Şikayətdə qeyd olunurdu ki,
Əvəz Zeynallı Gülər Əhmədovadan rüşvət tələb edib. Heç bir görüntü,
videofakt, səs yazısı, foto olmamasına baxmayaraq ona 9 il iş verildi.
Əvəz Zeynallının himayəsində 2 azyaşlı uşağı var.
Bu
gün həbsdə olan NİDA-çı Zaur Qurbanlı bronxial astma və böyrək
xəstəlikləri ilə yanaşı, həm də son dərəcə ağır irsi qan xəstəliyi olan
talassemiyadan əziyyət çəkir. Qapalı şəraitdə saxlanması onun
vəziyyətini daha da pisləşdirir. Zaur Qurbanlı isə düz 8 il müddətinə
azdlıqdan məhrum edildi.
6 il azadlıqdan məhrum edilən Şahin Novruzlunun 18 yaşı həbsxanada tamam olub. O, ən gənc siyasi məhbusdur.
YAP-ın
yaradıcılarından olan Eldar İbrahimov isə Əhmədovanı “dələduz” və
“cinayətkar” adlandırmışdı. “Hətta bu cür hərəkət bizi beynəlxalq aləmdə
biabır edir,” bu sözlər də İbrahimova aiddir.
Hüquq
müdafiəçisi Rəsul Cəfərov deyir ki, əslində ölkəni beynəlxalq aləmdə
biabır edən hadisə gənclərin günahsız həbs olunmalarıdır. “Mayın 14-də
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başlayır. Belə
bir tarixi hadisə ərəfəsində bu cür addımın atılması Azərbaycanın
beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin yerinə yetirmədiyinin
göstəricisidir. Məhkəmə proseslərindəki apardığımız müşahidələr,
vəkillərin bizə verdikləri məlumatlar, prosesdə dindirlən şahid və
əməliyyatçıların ifadələrini monitorinq etdikdə hökmün siyasi sifariş
olduğunu aydın görmək çətin deyil.”
Hakimiyyət mənsubları isə ölkədə siyasi məhbusların olmadığını vurğulayır. “Amnesty İnternational” NİDA-çıları “vicdan məhbusu” elan edib.

Seymur Kazımov

Short URL: http://www.cumhuriyyet.net/?p=6976

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930