Moskvaya qaçan general Bakıya qayıdıb
Azərbaycanın yüksək rütbəli hərbçilərindən biri – bir generalın Moskvaya getməsi haqda xəbər vermişdik. Bu məlumatı hərbi ekspert Üzeyir Cəfərov yaymışdı. Məlumatda həmin generalın – Bağır Fətullayevin Moskvaya getməsinin rəsmi və ya işgüzar səfərlə əlaqəli olmadığı, bunun səbəbinin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovla onun arasında yaranan mübahisə olduğu vurğulanırdı.
Çox maraqlıdır ki, Müdafiə Nazirliyi Bağır Fətullayevlə bağlı yayılan məlumatları təkzib etmişdi. Nazirlik bildirmişdi ki, adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb. Belədirsə, bəs onda Moskvaya qaçan kimdir? Yox, əgər belə deyilsə, onda Moskvadan Bakıya gələn kimdir? Hər halda bu məsələ “ət-pişik məsələsi”nə döndü…
Short URL: http://www.cumhuriyyet.net/?p=6977