Dini kitablara niyə qadağa qoyulur?

07.05.2014 - 09:27

Azərbaycanda qadağan olunmuş dini ədəbiyyatlardan ən təhlükəlilərinin
adı açıqlanıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata
görə, son illər respublikada təhlükəli dini cərəyanlara qarşı mütəmadi
əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar zamanı müxtəlif dini
təriqətləri və cərəyanları təbliğ edən xeyli sayda dini ədəbiyyat
müsadirə olunub.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, əməliyyatlar
zamanı müsadirə olunan dini ədəbiyyatların hamısı Dini Qurumlarla Iş
üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır, həmin
nəşrlərin Azərbaycana gətirilməsi də yasaqlanıb. Buna baxmayaraq,
müxtəlif dini cərəyanları təbliğ edən şəxslər gizli yollarla bu
kitabları ölkəyə gətirərək yayırlar.

Qadağan olunmuş kitabların arasında “Bağdad alimlərinin bəhsi”,
“Pişəvəri gecələri”, “Doğru olanlarla birlikdə”, “Imam əsgərin həyatı”,
“Musa Kaziminin həyatı”, “Imam Rzanın həyatı”, “Şiə və əsassız
ittihamlar” kimi məhşur kitab adları var.

Maraqlı məqam ondan ibarətdir ki, qadağan olunmuş kitabların
siyahısına nəzər saldıqda şiəliklə bağlı kitabların üstünlük təşkil
etdiyini görürük. Hansıki, Azərbaycanda əhalinin böyük əksrəiyyəti
şiədir və bu təriqət ölkədə hakim din sayılır.

Bəs, bu kitabların qadağan edilməsinin səbəbi nədir? Belə bir qərar verilməsinə zərurət haradan yaranıb?

Sadalanan kitablardan bir çoxu yüzlərlə insanın stolüstü kitabıdır.
Məsələn, “Pişəvəri gecələri” kitabı kifayət qədər məşhurdu və bu gün çox
ailədə bu kitabı tapmaq olar. Belə çıxır ki, hansısa inanclı insanı
həbs etmək üçün bu vasitədən də istifadə etmək olar. Indiyə qədər
narkotik ittihamı, agent damğası ilə insanları həbs edirdilər. Indi də
“qadağan olunmuş kitab” saxlayırdı” ittihamı dəb düşəcək.

Digər tərəfdən bu gün yeni texnologiyanın köməyi ilə istənilən kitabı elektron variantda da əldə etmək olar.

Bu məsələ ilə bağlı QMI-nin mövqeyini öyrənməyə çalışsaq da, mətbuat xidmətindən zənglərimizə cavab verilmədi.

Elşad Miri: “Kitablara qadağa qoymazdan əvvəl, bunun səbəbləri ictimaiyyətə izah edilməlidir”

Ilahiyyatçı alim Elşad Miri isə hesab edir ki,
kitablara qadağa qoymaq ümumilikdə müsbət hal deyil: “Bu gün kompyuter
vasitəsilə həmin siyahıdakı kitabları tapıb oxumaq olar. Yaxud, “ağıllı
telefon”lar vasitəsilə bu kitablar haqqında məlumat almaq mümkündür. Ona
görə də bu qadağalar indiki dövrdə əhəmiyyətsizdir. Digər tərəfdən bu
kitablara qadağa qoymazdan əvvəl, bunun səbəbləri haqqında məlumat
verilməlidi. Mən bu siyahı ilə tanış olmuşam və bu siyahıda bəzi
kitabların adları, müəllifləri düzgün yazılmayıb. Bu kitablara Dini
Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən qadağa qoyulması inandırıcı
görünmür. Təbii ki, bəzi kitablar var ki, onlar insanlara mənfi təsir
göstərir. Məsələn, cəmiyyətdə dini ayrıseçkilik salan, təriqətlərarası
nifaqa səbəb olacaq kitablar var. Ona görə də insanlar
maarifləndirilməli, zərərli kitablar haqqında məlumat verilməlidir və bu
kitabların niyə qadağan edilməsi əsaslandırılmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6979

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930