Tağı Əhmədovun obyektlərində iş dayanıb


Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədov işdən çıxarılandan
sonra onun bir sıra obyektləri əlindən alınıb, bəzi layihələri isə
dayanıb. T.Əhmədovun Qazaxda tikdirdiyi böyük hotelinin və istirahət
mərkəzinin də inşası dayandırılıb.
Gunxeber.com-un məlumatına görə, tikinti işləri bir ay öncə
dayandırılıb. Hotelin tikintisinin yarımçıq qalması T.Əhmədovun
vəzifədən getməsi ilə əlaqələndirilir. Qazax rayon sakinlərinin dediyinə
görə, obyektinin tikintisinə böyük işçi qüvvəsi cəlb olunubmuş. Işçi
sayının çox olmasında məqsəd obyektin tikintisini tez başa çatdırmaq
olub. Amma obyekdə artıq tikinti işləri tamamilə dayandırılıb. Yarımçıq
hotel ərazisində bir neçə mühafizəçidən savayı heç kim yoxdur.
Qeyd edək ki, T.Əhmədovun həyat yoldaşı əslən Qazax rayonundandır.
Metropolitenin keçmiş rəisinin Qazaxa sərmayə qoyması və iş qurması da
bununla bağlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=6981