Əli Əhmədov Gülər Əhmədovanın YAP-a qayıtmasını istəmir
vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib. Əli
Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisəyə hüquqi qiymət
verilib və hüquq öz işini görüb: “Indi sırf insani münasibətlər ifadə
olunur”.
Ə.Əhmədov Gülər Əhmədovanın yenidən bəraət alması ilə bağlı məhkəməyə
şikayət edəcəyinə də münasibət bildirib: “Istənilən vətəndaşın məhkəmə
çəkişməsi aparmaq haqqı var. Məhkəmə tərəfindən bu və ya digər hökmlərə
tuş gəlmiş insanlar belə hüquqlara sahibdirlər. Haqlı olduğunu sübut edə
biləcəksə, müvafiq qərar qəbul edilə bilər. Bir daha demək istərdim ki,
törədilən əmələ hüquqi qiymət verilib”.
ya partiya sıralarına bərpa oluna bilməsi ilə də bağlı sualı belə
cavablandırıb: “Gəlin hadisələri qabaqlamayaq. Düşünmürəm ki, bu gün
Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir.
Bir insanın YAP-ın üzvlüyündən xaric olunması da, yenidən partiya
sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq
məsələsidir. Biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Gülər
Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz
düşünürük”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6982