Tağı Əhmədovun hakim oğluna rüşvət ittihamı

07.05.2014 - 10:03

Tağı Əhmədovun hakim oğluna rüşvət ittihamı

Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.
Bu barədə Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov məlumat verib. F.Məmmədov deyib ki, onları bu aksiyanı keçirməyə vadar edən şəxs Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun oğlu Rauf Əhmədovdur.
Təşkilat sədrinin sözlərinə görə, Xətai Rayon Məhkəməsinin hakimi olan R.Əhmədov Qarabağ əlili Bəxtiyar Kazımovu aldadaraq külli miqdarda pulunu mənimsəyib: “Bəxtiyar Kazımov bizim təşkilata müraciət edib. Döyüşçü yoldaşımız müraciətində bildirir ki, “İnşaatçılar” metrosunda kiçik ticarətlə məşğul olurmuş. Tağının oğlunun pul yığanları köşklər yığışdırılmamışdan bir müddət əvvəl ondan 22 min manat pul alıblar. Metro ticarətinə həmin Rauf Əhmədov rəhbərlik edir. Adamlarını göndərir ticarətçilərdən pul yığırlar. Pul yığımı heç bir qayda ilə tənzimlənmir. Bəxtiyardan 22 min alanda deyiblər ki, bundan sonra da rahat şəkildə ticarətini davam etdirəcək. Bəxtiyar da 4 bankdan kredit götürüb, tələb olunan məbləği ödəyib ki, işləyib qaytaracaq. Bununla yanaşı hər ay 800-900 manat yer haqqı da verib”.
F.Məmmədov deyib ki, döyüş yoldaşı acınacaqlı durumdadır: “Banklar kreditin faizini hesablamağa başlayıb. Bəxtiyar Kazımovun adına hər saat faiz cərimələri yazılır. Belə getsə, daha bir Qarabağ əlili intihar etməyə məcbur olacaq” (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=6985

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930