Azərbaycanlı məmur məşhur türk cərrahı Bakıdan qovdurdu

07.05.2014 - 10:10

Azərbaycanlı məmur məşhur türk cərrahı Bakıdan qovdurdu

“İnsanların sağlamlığı olan yerdə monopoliya olurmu?”
Məşhur türk onkoloq  cərrah  Hamdi Köçər Bakıdan qovulub.
Avropa.info xəbər verir ki, bu haqda məşhur həkim öz Facebook səhifəsində məlumat verib. Hamdi Köçer bildirib ki, mayın 3-də Bakıda yerləşən “Elva” Sağlamlı Klinikasında xəstələrini müalicə etməyə gəlibmiş. 
” Mayın 3-də 21 , 4-də isə 31 xəstəni qəbul etdim. Mayın 5 günü isə 20 xəstə qəbula yazılmışdı. Lakin yüksək vəzifəli bir məmur Klinikaya zəng edərək , mənim orada çalışmama izn veriləcəyi təqdirdə “Elva”nın bağlanılacağı xəbərdarlığını etdi. Bundan sonra mən xəstələrimi müayinə etmədən mayın 5-də İstanbula geri döndüm. Qəbula yazıldıqları hala, görə bilmədiyim bütün xəstələrdən üzr istəyirəm. Ancaq bilin ki, bunun sorumlusu mən deyiləm. İnsanların sağlamlığı olan yerdə , manapoliya olurmu”
Qeyd edək ki, bir müddət öncə, Hamdi Köçər  Azərbaycan  Milli  Onkologiya  Mərkəzini  ittiham etmişdi. O, Milli Onkologiya Mərkəzinin həkimlərini müalicəsi mümkün olan xəstələri   pula görə, əməliyyat etməkdə  ittihamlandırmışdı. Bundan sonra, Hamdi Köçərlə Səhiyyə nazirliyi və Onkologiya Mərkəzi arasında qalmaqal yaşanmışdı.
Xatırladaq  ki, Hamdi Koçər Ümumi Cərrahiyyə üzrə mütəxəssisdir. Türkiyədə, Fransada, Almaniyada cərrah  kimi fəaliyyət göstərib. Avropa yırtıq dərnəyi və Amerika süd vəzi cərrahları birliyinin üzvüdür. Hazırda Istanbulda özəl xəstəxanaların birində süd vəzi xərçəngi əməliyyatlarını həyata keçirən cərrah kimi fəaliyyət göstərir.   

Short URL: http://www.cumhuriyyet.net/?p=6987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930