Səfər Əbiyevin ən yaxın adamının həbsinin səbəbi bilindi
Elçin Xəlilovu mənimsədiyi 3 milyonu qaytarmadığına görə tutublar
Elçin Xəlilovu mənimsədiyi 3 milyonu qaytarmadığına görə tutublar
Səfər
Əbiyev tutduğu vəzifədən çıxarılandan sonra ətrafı “krışa”sız qaldı.
Nəticə də özünü çox gözlətmədi. Hərbi Dəniz Qüvvələrində Hərbi
Prokurorluğun apardığı araşdırmalar nəticəsində vitse-admiralı Şahin
Sultanov da daxil olmaqda 8 yüksək vəzifəli hərbçi həbsə alınıb.
Elçin Xəlilovun həbsi barədə məlumat vermişdik. Xatırladaq ki, Bakı
Hərbi Məhkəməsi E.Xəlilovu Cinayət Məcəlləsinin 308.2. və 179.3.2.
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika
Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə
həbs-qətimkan tədbiri seçib.
olub. Aldığımız məlumata görə, həbsindən 2 ay əvvəl Müdafiə Nazirliyinə
dəvət olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində
rəhbərlik etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması
bildirilib. E.Xəlilovdan həmin vəsaitin geri qaytarılması istənilib.
Sabiq nazirin köməkçisi 2-3 gün ərzində həmin vəsaiti geri qaytaracağına
söz verib. Lakin 2 ay ərzində vəsait dövlət büdcəsinə qaytarılmayıb.
Bundan sonra məsələ ilə bağlı Hərbi Prokurorluğa yeyinti haqda
məlumatlar göndərilib.
Elçin Xəlilov orada qandallanıb. Qeyd edək ki, Respublika Hərbi
Prokurorluğunun mətbuat xidmətindən APA-ya bildirilmişdi ki, aparılan
yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq
rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol
verməsi aşkar edilib. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin
Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi
müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını
talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri
davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6991