Suriyada döyüşən azərbaycanlıların dəhşətli videosu yayıldı
Suriyadakı
döyüşlərə qatılan həmyerlilərimiz orda qəhrəmanlıq yox, vəhşilik
edirlər. Məhz bizim azərbaycanlılar Suriyada baş kəsir. Artıq Suriyada
döyüşən azərbaycanlıların törətdiyi dəhşətli qətlin videosu yayılıb.
Kadrlarda azərbaycanlı döyüşçülərin
düşmən hesab etdikləri başqa bir dini qruplaşma üzvünün başını kəsməsi
əks olunub.
hesab edir ki, ideoloji olaraq təlimatlandırılmış bu şəxslərin əməlləri
sonradan özümüzə qarşı çevrilə bilər. Buna görə də əlaqədar qurumlar
konkret tədbirlər görməlidir.
insanlardır: “Sabah qayıdanda biz onları gül-çiçəklə qarşlımalı deyilik,
qanun sərt şəkildə işləməlidir.”
sərtləşdirilib. Parlamentin qəbul etdiyi Cinayət Məcəlləsinin 114-cü
maddəsinə edilən dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə,
maliyyələşdirmə, habelə onlardan hərbi münaqişədə və hərbi
əməliyyatlarda istifadəyə görə də cəzalar artırılaraq 8 ildən 12 ilədək
oldu.
istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə
cəza 9 ildən 15 ilədək nəzərdə tutulur. Onlardan biri artıq müəyyən
olunaraq həbs edilib. MTN təcridxanasında saxlanılan həmin şəxs Qəbələ
rayon sakini, 25 yaşlı Əhməd Həsənovdur. O, qanunsuz yolla Suriyaya
gedərək 6 ay döyüşlərdə iştirak edib. 6 ay sonra Azərbaycana qayıdanda
hava limanında həbs edilib. Həmin şəxslə görüşən İşgəncələrə Qarşı
Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ANS-ə bildirdi ki, o,
tutduğu əmələ görə peşimandır. Lakin bu peşimançılıq onu məsuliyyətdən
azad etmir. Hüquq müdafiəçisi hesab edir ki, Suriyada döyüşən hər bir
azərbaycanlı ölkəyə qayıtdıqdan sonra hüquq mühafizə orqanlarının
nəzarətinə götürülür.
peşəkarlıq səviyyəsi Suriyadan qayıdan azərbaycanlı döyüşçülərin
zərərsizləşdirilməsi, nəzarətə götürülməsinə kifayət edir: “Belə şəxslər
xüsusilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəzarətdə saxlanılır
və onların hamısı qeydiyyatdadır.”
100-dən çox azərbaycanlı iştirak edir. Onların bəziləri vətəndaş
müharibəsi gedən ölkəyə ailələrini də aparıblar. İndiyədək müxtəlif
informasiya agentlikləri, habelə Suriyada döyüşən radikallara aid
internet saytlar 50-ə yaxın azərbaycanlının döyüşlərdə həlak olması
barədə məlumat yayıb. Ən son olaraq torpağı işğal altında qalan Şuşa
köçkünü 24 yaşlı Şirazi Hüseynov başqa bir ölkənin azadlığı uğrunda
döyüşlərdə öldürülüb. Elə Şuşanın işğalına bir neçə gün qalmış.
Short URL: http://www.cumhuriyyet.net/?p=7011