Leyla Yunus Unibankı ifşa etdi

08.05.2014 - 01:25

Bank vətəndaşın Konstitusiya ilə təsbit
olunmuş mülkiyyət hüququnu pozub
Bank vətəndaşın Konstitusiya ilə təsbit
olunmuş mülkiyyət hüququnu pozub

 

“Unibank
ASC vətəndaşların maliyyə vəsaitlərindən özbaşına istifadə edərək, onların
konstitusiya hüquqlarını kobud şəkildə pozur” -, hüquq müdafiəçisi, Sülh və
Demokratiya İnstitutunun direktoru Leyla Yunus belə hesab edir. Onun Turan-a
verdiyi məlumata görə, aprelin 24-də həyat yoldaşı Arif Yunus Unibankın STB
filialından (http://www.unibank.az/ru/about-bank/branches) cari hesabından 8
min 740 avro vəsaiti çəkmək istəyib, lakin ona “vəsait olmaması ilə əlaqədar”
imtina cavabı veriblər.

Növbəti
gün yenə vəsaiti verməkdən imtina ediblər. Bu dəfə “texniki problemlərlə
əlaqədar”. Nəticədə, aprelin 28-də baş ofisdə təhlükəsizlik şöbəsinin rəisi
(özünü Vaqif müəllim kimi təqdim edib) Nəsimi rayon məhkəməsinin qərarına
istinad edərək, pulun ödənilməyəcəyini bildirib.

Lakin
Ermənistanın xeyrinə casusluqda ittiham olunan Ruaf Mirqədirovun işi üzrə
istintaq zamanı (Yunuslar bu iş üzrə şahid qismində keçir) AR Baş Prokurorluğun
Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov Leyla Yunusa
bildirib ki, bank onun həyat yoldaşını aldadıb. “İdarə banka heç bir sorğu
göndərməyib, Nəsimi rayon məhkəməsinin müvafiq qərarı da yoxdur”, deyə Leyla
Yunus Əhmədovdan sitat gətirir.

Vəkil
Xalid Bağırovun sözlərinə görə, bununla əlaqədar Unibank ASC-yə vəsaitlərin
ödənilməsindən imtina üçün hüquqi əsaslar haqqında sorğu göndərilib. Bankın
hərəkətlərində Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin (“Mülkiyyət
hüququ”) pozulduğu göz önündədir. “Bu maddənin dördüncü hissəsində ölkə
vətəndaşlarına zəmanət verilir ki, heç kim məhkəmə qərarı olmadan
mülkiyyətindən məhrum edilə bilməz. Bank və əmanətçi arasında nümunə
müqaviləsinə əsasən, insanlar istədikləri vaxt şəxsi hesablarından onlara
məxsus olan pulu çəkmək hüququna malikdirlər”, deyə hüquqşünas bildirir.

“Sorğuya
hələlik cavab verilməyib, lakin qanuni müddət bitdikdən sonra nəticədən asılı
olmayaraq Yunus cütü sonuna qədər öz hüquqlarını müdafiə etmək
niyyətindədirlər”, deyə o əlavə edib.

Unibank
ASC-nin mətbuat xidmətinin nümayəndələrinin Turan-ın hüquq müdafiəçilərinin
ittihamları ilə bağlı sorğusuna cavab vermək vədlərinə baxmayaraq, hələlik
cavab gəlməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7016

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031