Jurnalistin döyülməsinin sifarişçisi də tutuldu
yaşadığı evin qarşısında vəhşicəsinə döyən Feyruz Termişinin
saxlanmasının ardından, hadisənin digər iştirakçısı Orxan adlı şəxs və
cinayətin sifarişçisi Tural Bayramov da həbs edilib. Bu barədə
musavat.com-a qeyri-rəsmi mənbələrdən xəbər daxil olub.
Bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədova və onun deputat
qardaşı Elton Məmmədova yaxınlığı ilə tanınan, onların sərəncamında olan
Kikboksinq Federasiyasında çalışan Tural Bayramovun həbsindən sonra
adları çəkilən nüfuzlu şəxslər səviyyəsində istintaqa təzyiqlər var.
Onlar Tural Bayramovu qorumaq, bu cinayət işinin təhqiqatının yarımçıq
saxlanmasına nail olmaq istəyirlər.
Aldığımız məlumata görə, jurnalistə qarşı həyata keçirilmiş sifarişli
terror aktının daha bir detalı məlum olub. Belə ki, Termişinin
F.İlqaroğlunu kikboksinq fəndləri ilə köməksiz hala gətirdikdən sonra
yerdə təpikləməsi prosesinə qarışmayan digər muzdlu həmin vaxt çəkiliş
aparmaqla məşğul imiş. Onun məqsədi bu kadrları sifarişçiyə göstərərək
verilən göstərişin nə dərəcədə dəqiqliklə yerinə yetrildiyini və vəd
olunan “qonorar”ı qazanmaq üçün necə zəhmət çəkdiklərini nümayiş
etdirmək olub.
“Yeni Müsavat” qəzetinin rəhbərliyi bildirir ki, jurnalistin
döyülməsinin bütün iştirakçıları və sifarişçiləri tapılıb tutulana qədər
hüquqi müstəvidə mübarizəni davam etdirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=7036