ATƏT-in nümayəndəsi Azərbaycanda jurnalistlərə qarşı zorakılığı qınayıb

08.05.2014 - 14:02

 

ATƏT-in media azadlığı üzrə
nümayəndəsi Dunya Miyatoviç Bakıda mayın 6-7-də ictimai etirazları
işıqlandıran jurnalistlərə qarşı zorakılıqları pisləyib.

“Amerikanın
səsi”nin məlumatına görə, Dunya Miyatoviçin ATƏT-in internet
səhifəsində yerləşdirilmiş bəyanatında bildirilir: “Bu jurnalistlər
ictmai etirazçıları işıqlandıran zaman hücuma məruz qalıblar. Media
nümayəndələrinə qarşı bu sonuncu zorakılıq aktı Azərbaycanda media
azadlığı sahəsində onsuz da artıq həyəcan doğuran vəziyyətdən xəbər
verir”.

Dunya Miyatoviç bəyanatında mayın 6-da
polis zorakılığına məruz qalan “Turan” informasiya agentliyinin əməkdaşı
Etimad Budaqovun, həm zorakılığa məruz qalan, həm də hüquq mühafizə
orqanları tərəfindən saxlanan “Yeni Musavat” qəzetinin əməkdaşı Məhəmməd
Türkmənin, “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qayayevin və
“Mediaforum.az” saytının əməkdaşı Amid Süleymanovun adlarını çəkib, eyni
zamanda qeyd edib ki, polis “Amerikanın səsi” radiosunun müxbiri
Pərvanə Bayramovanı da saxlamağa çalışıb.

Bəyanatda
daha sonra deyilir ki, mayın 7-də “Obyektiv TV”nin əməkdaşı Hüseyn
Əzizoğlu 6 may etirazçılarının mühakimə olunması prosesini işıqlandıran
zaman polisin gözü qabağında naməlum şəxsin hücumuna məruz qalıb,
jurnalist xəsarət alıb, onun kamerası da zədələnib.

Bəyanatın
sonunda vurğulanır: “Hüquq mühafizə orqanları media nümayəndələrinin
müdafiə edilməsinə görə məsuliyyət daşıyır və onların hücum etməsi, ya
da kimisə jurnalistlərə hücuma təhrik etməsi qəbuledilməzdir. Bu
insidentlərin tez bir zamanda və şəffaf şəkildə təhqiq ediləcəyinə ümid
bəsləyirəm”.

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7038

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031