Ermənistanla atəşkəs bitir: Müharibə başlayacaqmı?

08.05.2014 - 14:04

“Hərbi əməliyyatların yenilənmə təhlükəsi nə Azərbaycandan, nə də  Ermənistandan asılıdır”.  

“Hərbi əməliyyatların yenilənmə təhlükəsi nə Azərbaycandan, nə də  Ermənistandan asılıdır”.   
Bu sözləri açıqlamasında politoloq Ərəstun Oruclu deyib.   
O,
artıq atəşkəs haqda Bişkek müqaviləsinin qüvvəsini itirdiyini bildirib:
“Müqavilənin bəndləri dəqiq yadımda deyil, amma bildiyim qədər ilə, o
20 illiyə imzalanmışdı. Elə bu müddət ərzində də sülh prosesinin həyat
keçirilməsi nəzərdə tutulmuşdu. Belə yanaşsaq görürük ki, artıq
müqavilənin müddəti başa çatıb. Əgər bunun vaxtının uzadılması ilə bağlı
xüsusi saziş imzalanmırsa, o, qüvvəsini itirmiş sayıla bilər. O ki
qaldı atəşkəsin sırf Bişkek müqaviləsindən asılı olmasına, mən buna
inanmıram. Mətbuatda tez-tez fikir səslənir ki, guya atəşkəsin
saxlanması, hərbi əməliyyatların başlanmaması məhz Bişkek müqaviləsi ilə
tənzimlənir. Bu hardasa birtərəfli yanaşmadır. Məsələ burasındadır ki,
həm Azərbaycan, həm Ermənistan ATƏT, Avropa Şurası və digər beynəlxalq
təşkilatlara üzv olan zaman Dağlıq Qarabağda hərbi əməliyyatların
başlamayacağı ilə bağlı öhdəliklər götürüb. Bir sıra yerlərdə bu,
sənədlərdə əks olunub, bəzilərində fəxri xarakter daşıyır və xüsusi
əlavələr qəbul olunub. Bildiyim qədər ilə, həm Avropa Birliyi Şərq
Tərəfdaşlığı proqramında, həm də NATO ilə Sülh Tərəfdaşlığı Proqramında
hər iki tərəf bunu öhdəlik kimi öz üzərinə götürüb”.   
Politoloq
hər iki tərəfin Qarabağda hərbi əməliyyatlara özlərinin verdiyi qərarla
başlamayacığını deyib: “Hərbi əməliyyatların yenilənmə təhlükəsinə
gəlincə isə, yaxşı bilirik ki, bu nə Azərbaycandan, nə də Ermənistandan
asılıdır. Bu, münaqişənin arxasında duran böyük maraqlardan asılıdır.
Biz gördük ki, həmin böyük maraqlardan biri olan Rusiyanın burada daha
çox marağı var. O, Ukraynada cəsarət tapıb çox dərinə gedə bilmədi. Bu
gün ya birbaşa, ya dolayısı ilə hərbi əməliyyatlara qatılmaq böyük
itkilər vermək deməkdir. Rusiya Ukraynanın şərqində bunu özünə rəva görə
bilmədi və Krımla kifayətlənərək böyük iddialarından əl çəkdi. İndi
onun ikinci bir bölgədə hərbi tərəfdaşının, yəni  Ermənistanın
vasitəsilə müharibəyə gedəcəyini düşünmək sadəlövhlük olardı. Bu gün
hərbi qarşıdurma heç kimə lazım deyil. Azərbaycan və Ermənistan bu
məsələdə söz sahibi olmasına inanmıram. Dediyim öhdəliklərdən heç biri
imkan vermir ki, bu ölkələr özbaşına qərar versinlər. Bu gün hər iki
tərəfdən hərbi əməliyyatlar haqqında deyilən sözlər reallığa dayanmır”.
  
Qeyd edək ki, mayın 12-də Bişkek müqaviləsinin imzalanmasının 20 ili tamam olacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7039

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031