Narkomanların Bakıxanova axışmasının sirri bilindi

08.05.2014 - 15:25

“Arzu” şadlıq evinin yanında narkotiki açıq satırlar

 
 
Bir neçə gün əvvəl baş nazirin
müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov 
sensasion
açıqlama verdi. Komissiya sədri dedi ki, ötən il narkotik vasitələrin
dövriyyədən çıxarılması zamanı nöqsanlara yol verilib, bəzi qurumlar
dövriyyədən çıxarılan narkotik vasitələr – heroin əvəzinə “poroşok”
yandırıblar.  Ə.Həsənov faktiki olaraq dövriyyədən çıxarılan
narkotiklərin yenidən dövriyyəyə qaytarıldığını açıqladı, amma bunu
konkret kimin etdiyini söyləmədi. Azərbaycanda Ə.Həsənov kimi yüksək
ranqlı məmurun belə bir faktı açıqlaması həm də onun durumunu açıq
göstərən məqamdır. Belə görünür ki, Ə.Həsənov səlahiyyətlərindən
istifadə edərək müvafiq qurumlara müraciətlər edib. Nəticə isə özünün
istədiyi kimi olmayıb və o, “evin içinin söhbətini çölə çıxarıb”. 
Ə.Həsənovun
açıqlamasını xatırlatmağımız səbəbsiz deyil. “Yeni Müsavat”ın ötən ilin
iyun saylarından birində “Bakıda açıq narkotik satılır” sərlöhvəli yazı
dərc etmişdik. Həmin yazıda Xətai rayonu ərazisindəki  Neyrocərrahiyyə
xəstəxanasının qarşısındakı aptekdə “Tramadol” adlı nəşə verən dərmanın
açıq şəkildə satılmasından söhbət açılırdı. Həmin yazıdan sonra qeyd
edilən aptekdə qeyri-rəsmi yoxlamalar aparıldı və bir müddət orada
“Tramadol” satmadılar. Hazırda həmin aptekdə narkotik
satılıb-satılmaması haqda məlumat yoxdur. Redaksiyamıza daxil olan
məlumata görə, “Tramadol”u narkomanlar Sabunçu rayonu, Bakıxanov
qəsəbəsində yerləşən “Arzu” şadlıq evinin yanındakı aptekdən alırlar.
Uyuşdurucu maddə “Panol-300 mq” adı ilə Türkiyədə, “Tramadol” adı ilə
İranda istehsal edilir. Bu dərman prepapatı həkimin resepti əsasında şiş
xəstəliklərindən əziyyət çəkənlərə yazılır və ancaq resept əsasında
satıla bilər. Qeyd olunan aptekdə isə “Panol” və “Tramadol” açıq
satışdadır. Həkim-narkoloqlardan biri dərmanın təyinatı haqda bunları
deyib: “Bu preparat güclü ağrıkəsicidir. Bununla yanaşı, uyuşdurucu
təsirə malikdir. İstifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi
itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək
qabiliyyəti əhəmiyyətli dərəcədə azalır.  
Uzun müddət
istifadə edən şəxslərdə psixi və fiziki qüsurlar əmələ gətirir. Əsasən
bədxassəli şişdən əziyyət çəkən xəstələrə təyin olunur. Reseptsiz satışı
qanunla qadağandır. Çünki narkotik vasitələrə aid bu preparat dozadan
azca artıq istifadə edildikdə nəşələndirici təsir göstərir. Dövlət
xəstəxanalarında bu dərman ağır xəstələrə pulsuz verilir”.
Qeyd edək ki, hazırda şəhərin hər yerindən narkomanlar Bakıxanovdakı aptekə axışır. 
Səhiyyə
Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən
bildiriblər ki, “Panol” “Tramadol” “Narkotik vasitələrə aid reseptlərin
yazılması” qaydası ilə aptekdən buraxılan dərmandır.
“Tramal”-
“Tramadol” güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə
kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7042

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031