“Bank of Azerbaijan” niyə çökdürülür?
Maliyyə göstəricilərinin təhlili
göstərir ki, bankın sıradan çıxarılmasında onun maliyyə göstəriciləri
yox, siyasi mülahizələr əsas götürülüb; Bankın sahibi Hafiz Məmmədov
(“Hafka”) hakimiyyətin radikal sanksiyalarına məruz qalıb, banka qoyulan
36 milyon manatlıq əmanətlər batmaq təhlükəsi ilə üzləşib
iri banklarından sayılan “Bank of Azerbaijan” son günlərini yaşayır.
İki il öncə “Royalbank”-da yaşananlar indi bu bankda təkrarlanır.
Mediada yayılan məlumatlara görə, son bir neçə gündə “Bank of
Azerbaijan”da kütləvi ixtisarlar aparılıb. Ötən həftənin cümə günündən
başlayaraq bu günə qədər 100-ə yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi
isə bankda ciddi maliyyə problemlərinin yaşanması göstərilir.
of Azerbaijan”-dakı mötəbər mənbənin “Azerfax”-a verdiyi məlumata görə,
bankın baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə
göndərmək barədə tapşırıq verilib. “Artıq xeyli müddətdir ki,
əməkdaşlara məvaciblərin verilməsi ləngiyir. İşçilərə böyük məbləğdə
borc yaranıb. Baş ofis maliyyə probleminin olduğunu gizlətmir. Açıq
şəkildə deyirlər ki, bank atıq ayaqda dura bilmir, kim istəyir özünə
yeni iş tapsın. Aydındır ki, hərə özünə bir iş tapacaq. Problem işçilərə
məvaciblərin verilməməsindədir. Fakt odur ki, bankımız müflis olmaq
üzrədir. Bunun göstəriciləri artıq ortadadır”.
yanaşı bankın Ziya Məmmədovun nəzarəti altında olması ilə bağlı
məlumatlar yayılır. Ancaq bu məlumat təsdiqlənmir. Düzdür, 2013-cü ilin
yanvarına qədər bankın əsas səhmdarı Ziya Məmmədovun oğlu Anar Məmmədov
olub – vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan “ZQAN
Holding”-in (indi adı dəyişərək “Qarant-holding” olub) tərkibində idi.
2013-cü ilin yanvarında isə, A.Məmmədov səhmlərini “Bağlan Group”un
rəhbəri, “Hafka” ləqəbli Hafiz Məmmədovun oğlanlarına satıb. Hazırda
bankın səhmləri belə bölüşdürülüb: Məmmədov Kənan Hafiz oğlu 21 817 500
AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov
Mübariz Məcid oğlu 6 030 000 AZN(12,07%) NEM Holdinq 335 000 AZN
(0,67%). A.Məmmədov səhmlərini H.Məmmədovun oğlanlarına satandan sonra
bank Qarant-holding-in tərkibindən çıxıb. Bankın Müşahidə Şurasının
sədri də elə Hafiz Məmmədovdur. Bu faktı mediaya aşıqlamasında
Qarant-holding-in İdarə Heyətinin sədri Vaqif Həsənov da təsdiqləyib:
“Bank of Azerbaijan” artıq “ZQAN Holding”in tərkibində deyil. Biz payı
tərəfdaşımıza – digər səhmdara satmışıq.
bir neçə fiziki şəxsin daxil olduğu strukturdur. Yeni səhmdarlar yoxdur.
Biz inkişaf etmək və sektorların birində birinci olmaq istəyirik.
Hazırda holdinq ərzaq sektorunu prioritet hesab edir. Hazırkı mərhələdə
holdinq bir neçə bankdan tərəfdaşlıq haqqında təklifi nəzərdən keçirir.
Başqa banklar kimi, “Bank of Azerbaijan” da bu prosesdə iştirak edə
bilər. Bu, risklərimizin şaxələnməsi üçün edilir. Tərəfdaş bank holdinq
üçün zəruri olan bütün bank əməliyyatlarını həyata keçirəcək”.
məlumatlar yayıldıqdan 2 gün sonra (məlumatlar mayın 6-da yayılıb,
təzib isə mayın 8-də verilib) “Bank of Azerbaijan”-nın baş ofisi yayılan
xəbərləri təkzib edən bəyanat yayıb. Bəyanatda bildirilir: “Anonim
mənbələrə istinadən “Son bir neçə gündə “Bank of Azerbaijan”da kütləvi
ixtisarlar aparıldığı və ötən həftənin cümə günündən başlayaraq bu günə
qədər 100-ə yaxın şəxsin işdən çıxarıldığı və buna səbəb kimi bankın
ciddi maliyə problemləri yaşadığı göstərilir. “Bank of Azerbaijan”
adından rəsmi olaraq bildirmək istəyirik ki, dərc olunan bu məlumatlar
və orada yer alan fikirlər həqiqətə uyğun deyil. “Bank of
Azerbaijan”-nın müflis olması üçün heç bir əsas yoxdur. Bankın vəziyyəti
stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bildirmək
istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır. “Bank of
Azerbaijan” Mərkəzi Bankın tələblərinə uyğun olaraq nizamnamə
kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu
kapitalı isə 50,426 milyon manat təşkil edir.
nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu
tipli məlumatlar şayiədən uzağa getmir. Bankımızın maliyyə vəziyyəti
sabitdir. Biz müştərilərimizi tam əmin edirik ki, vahimə və təlaşa heç
bir əsas yoxdur”.
ciddiliyini azaltmır. Və ortaya ziddiyyətli məqamlar çıxarır. Birincisi,
xəbər yalan idisə, niyə təkzib dərhal sonra yox, 48 saatdan sonra
verildi? Hətta mayın 7-də günün ikinci yarısında bankın rəsmi mövqeyinin
açıqlanacağı gözlənilirdi. Ancaq rəsmi mövqe ilə bağlı tərəddüdlər
üzündən təkzib daha 24 saat gecikməli oldu. Halbuki normalda bu
məlumatlara anındaca reaksiya verilməli idi. Çünki bu kimi xəbərlər
hətta yalan olsa belə, bankların imicini zədələyir və onlara etimadı
azaldır. Ancaq bank buna əhəmiyyət verməyərək 48 saat fikirləşməli oldu.
bankın maliyyə göstəricilərinin pozitiv olması onun bağlanmayacağına
təminat vermir. Əgər “Bank of Azerbaijan” bankların reytinqində ilk
15-liyə daxil idisə, “Royal Bank” ilk 10-luğa daxil idi. Ancaq bu,
“Royal Bankı” lisenziyasının ləğv edilməsinə mane ola bilmədi. Yeri
gəlmişkən, “Royal Bank”ka bağlı da bağlanma ərəfəsində belə məlumatlar
yayılır, bank isə bunu israrla təkzib etməyə çalışırdı. Deməli,
məlumatlara bir qədər ciddi yanaşmaq lazım gəlir və banka qoyulan 34
milyon manatlıq əmanətlər gerçəkdən təhlükədədir. Üstəlik də bankın
korporativ müştərilərinin hesabları təhlükə altındadır.
Bankın qərarı ilə lisenziyası ləğv edilən “Royal Bank”da olan 56
milyon manat əmanətdən 40 milyon manatı və ya 71 faizi batmış, bank
hesabları bağlanmışdı. Bu qəfil qərar bankın müştərilərinə çox baha başa
gəlmişdi. Üstündən 2 il keçsə də, hələ də əmanətçilər pulunu geri ala
bilməyiblər. İndi eyni aqibəti “Bank of Azerbaijan”nın müştəriləri
yaşaya bilər.
nədir? Axı bankın maliyyə göstəriciləri pozitivdir. Minimum nizamnamə
kapitalının həcminə görə, “Bank of Azerbaijan” 42 bank arasında 29-cu
yerdədir – 50 milyon manat. Bu göstərici üzrə ən pis durumda olan
banklar bunlardır. “AzərTürkBank” (16,3 milyon manat), “AtraBank” (11,5
milyon manat) “AzərKreditBank” (4,3 milyon manat). Göründüyü kimi,
“Bank of Azerbaijan” minimum nizamnamə kapitalının həcminə görə,
sonuncu sırada qərarlaşan “AzərKreditBank”dan 12 dəfə yaxşı göstəriciyə
sahibdir. Ancaq bağlanmaq təhlükəsi ilə sonuncu yox, “Bank of
Azerbaijan” üzləşib. Bu o deməkdir ki, bankın sıradan çıxmasında bankın
maliyyə göstəriciləri yox, siyasi mülahizələr əsas götürülüb. Deməli,
“Bağlan Group”un prezidenti Hafiz Məmmədovu çökdürülməsinə start
verilib. Onun hansı səbəbdən sərt cəzalandırılması ilə bağlı məlumat
yoxdur. Ancaq bəllidir ki, çox ciddi səhvə yol verdiyi üçün sanksiyalara
məruz qalıb. Çünki belə radikal sanksiyalar ciddi səhvlərə görə tətbiq
edilir. Belə sanksiyaların cəzasını isə heç bir günahı olmayan bank
müştəriləri çəkir.
Short URL: http://www.cumhuriyyet.net/?p=7046