Azərbaycana qaçmaq istəyən rus general tutuldu
əməkdaşları Xəzər dənizi vasitəsilə Azərbaycana qaçmağa cəhd edən
generalı tutublar.
qaynaqlarına istinadən xəbər verir. Bildirilir ki, Rusiya DİN-in
iqtisadi təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin
keçmiş rəisi, general-leytenant Denis Suqrobov yaxalanaraq Moskvanın
Basmannıy Rayon Məhkəməsinə aparılıb və onun barəsində həbs-qətimkan
tədbiri seçilməsi üçün vəsatət verilib.
General mütəşəkkil
cinayətkar qruplaşdırma formalaşdırmaqda ittiham olunur. O, başçılıq
etdiyi idarənin 12 əməkdaşının həbsindən sonra işdən çıxarılıb.
Məlum
olub ki, Rusiya İstintaq Komitəsi generalın Azərbaycana qaçmaq planları
barədə FTX-nin əməliyyat məlumatlarına isttinad edərək Suqrobovun
barəsində həbs qəti imkan qərar verilməsini istəyib.
FTX generalı
Volqoqrad vilayətində həbs edib. İddia olunur ki, Suqrobov balıq tutmaq
adı altında ora gedibmiş. Lakin bildirilir ki, onun əsl məqsədi
hüquq-mühafizə orqanlarından qaçıb gizlənmək olub.
FTX-nin
əməliyyat məlumatlarına görə, general Volqa çayı ilə Xəzər dənizinə
qədər üzməyi, oradan isə kater kirayə edərək Azərbaycana üzüb getməyi
planlaşdırıbmış.
Saxlanılarkən generalın xarici pasportunun
üstündə olması da istintaqın bu versiyasını təsdiqləyir. Bildirilib ki,
əgər məhkəmə Suqrobovu həbs etməsə, o, cinayətkar fəaliyyətini davam
etdirəcək.
Suqrobovun vəkili isə bu ittihamı rədd edərək deyib
ki, Suqrobova qarşı cinayət işi üç ay əvvəl qaldırılıb və əgər onun
qaçmaq fikri olsaydı indiyədək bunu etmişdi. Vəkil generalın beş uşaq
atası olduğunu və balıq tutmağa oğlu ilə birlikdə getdiyini deyib.
“O,
heç yana qaçmağa hazırlaşmırdı, bir neçə dəfə istintaqa teleqram
göndərərək bildirmişdi ki, mayın 11-də məzuniyyəti bitəndən sonra ifadə
verməyə gələcək” – deyə vəkil bildirib.
Bu arada general
Suqrobovun həbsinin təfərrüatları da məlum olub. Bildirilir ki,
general-leytenant öz məzuniyyətini ailəsi, arvadı və uşaqları ilə
birlikdə Volqoqrad vilayətində balıq tutmaqda keçirirmiş.
Moskvadan
onu istintaqa çağırandan sonra vəkilləri generalla əlaqə saxlayıb,
Suqrobov isə istintaqa teleqram göndərib ki, qayıdanda ifadə verəcək.
Mayın
7-də Suqrobovun ailəsi maşınla Volqoqrad vilayətindən Moskvaya yola
düşüb. Ancaq QAİ postlarından birində onun maşınını saxlayıblar, daha
sonra FTX əməkdaşları da posta gəlib və generala bildirilib ki, o,
axtarışda olduğu üçün həbs olunur.
Əlləri qandallanan general
Volqoqraddan təyyarə ilə Moskvaya aparılıb. Suqrobov məhkəmədə ona qarşı
irəli sürülən ittihamları qurama adlandırıb, generalın işçiləri də
ifadələrində onun təmiz adam olduğunu, korrupsiyaya bulaşmadığını
deyiblər. Generalın keçmiş işçiləri deyirlər ki, ona qarşı cinayət işi
FTX-nin quramasıdır.
General Suqrobov vəzifədə işləyərkən bir çox səs-küylü korrupsiya
həbsləri həyata keçirib. O cümlədən Şimali Qafqazda korrupsioner
məmurların həbsinə sanksiya verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=7048