Azərbaycanda ölü doğulmuş körpəni zibilliyə atıblar

08.05.2014 - 18:40

Azərbaycanda zibillikdən yeni doğulmuş uşaq meyiti tapılıb. Fizuli
Rayon Polis Şöbəsindən verilən məlumata görə, ötən gün Horadiz
Şəhər  Xəstəxanasının yaxınlığında məişət tullantılarının yerləşdiyi
ərazidə yeni doğulan uşaq  meyiti aşkarlanıb. Hadisə yerində polis və
prokurorluq orqanlarının işçiləri araşdırma aparıb. Araşdırma zamanı
məlum olub ki, uşaq ötən gün Horadiz Şəhər Xəstəxanasında ölü olaraq
dünyaya gəlib. 

Polisdən bildirilib ki, uşağın meyitinin zibilliyə valideynləri
tərəfindən atıldığı ehtimal edilir. Horadiz Şəhər Xəstəxanasından verilən məlumata görə, ötən gün 1987-ci il təvəllüdlü Gülnaz Bəylər
qızı Azayeva xəstəxanaya bətnində ki, 8 aylıq uşağın ölü olması ilə
bağlı müraciət edib: “Gülnaz Azayeva bətnindəki uşağın ölü olması ilə
bağlı USM  nəticələrini xəstəxanaya təqdim edib. 8 aylıq ölü döl süni
doğuş vasitəsilə ana bətnindən çıxarılıb və cəsəd valideynlərinə
verilib. Uşağın valideynləri cəsədi xəstəxananın yaxınlığında olan
zibilliyə atıblar”. Faktla bağlı Fizuli Rayon Prokurorluğunda araşdırma
aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7051

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031